Sumqayıtda kişi küçədə yıxılaraq, ölüb.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
43 yaşlı Abbasov Vüqar Söhrab oğlu küçədə yıxılıb və başı daşa çırpılıb. Nəticədə zərərçəkən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, mərhum 11 uşaq atası olub.