Əsgərlərin meyitlərini köpəklər yedilər – SURİYADAN REPORTAJ
Azərbaycan mətbuatında ilk dəfə “APA Group” Suriyanın savaş bölgəsinə gedib. Qrupumuza daxil olan Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli Suriyanın savaş bölgəsinə daxil olan Azaz şəhərindən reportaj yazıb. Həmin reportajı təqdim edirik.
***
45 dərəcə istinin altında sözün həqiqi mənasında bişirik. Daldalanmağa bir kol belə yoxdur. Bir ucdan da gəlirlər. Kim nəylə olsa gəlir - hətta motosikletlə, velosipedlə belə. İnsanlar sadəcə quru canlarını götürüb qaçırlar üzü Türkiyəyə. İndi Türkiyə onların son pənah yeridi. Sayları isə yüz minə yaxınlaşır artıq Suriya qaçqınlarının.
- Aman Türkiyə, aman Türkiyə. Bir zaman səni heç sevməzdik. Amma nə yaxşı ki, varmışsan.
Bunu Əhməd əl-Məkum deyir. Qaçqındır Əhməd. Suriyadan Azaz şəhərindən qaçıb, Türkiyənin Kilis şəhərinə sığınıb. Elə bizi də öz maşını ilə sərhədin o tayına o, aparacaqdı...
“Gəlinim hamilə idi, yolda uşaq saldı”
Əhmədin 55 yaşı var. Oğlu polisdə işləyirmiş. Suriyanın cənubunda, Dəra şəhərində. Şəklini də maşından asıb. Deyir yaralı döyüşçüləri, qaçqınları daşıyır öz maşınında. Şəkli də ona görə asıb ki, bəlkə itkin oğlunu tanıyan ola.
- Nə öldüsu var, nə qaldısı. Gəlinim mənimlə gəlmək istəmirdi Türkiyəyə. Deyirdi Fuadsız heç hara getməyəcəm. Gələndən də çadırda dayanmır. Yola çıxıb elə hey baxır. Һamilə idi. Yolda uşağı da saldı. Tələf oldu Fuadın yadigarı.
Uşaq kimi ağlayır...
Suriyada
Türk sərhədçi pasportlara baxır. Mənimkini isə içəri, daha rütbəlinin yanına götürür. Bir azdan məni içəri dəvət edirlər.
- Əfəndim, orası çox təhlükəli. Güvənliyiniz varmı?
- Var - deyirəm.
Var deyəndə ki, güvənliyim nə gəzirdi. Əhməd idi, həm sürücüm, həm də necə deyərlər mühafizəçim. Əhməd isə məndən aldığı pula (bu yerdə mütləq halal xoşu olsun deməliyəm) güvənirdi deyəsən.
Müxalif əsgərlərə, cocuqlara bir az türk parası verərəm, güvənliyimiz olar - deyə, arxayın danışmışdı Əhməd.
Pasportlarmız möhürlənəndən sonra neytral ərazini də keçib Suriya torpağına ayaq basırıq. Çox yox, ətrafa bircə anlıq nəzər yetirmək kifayətdir ki, fərqli bir savaşın getdiyi bir məmləkətə gəldiyini hiss edəsən. 20-25 yaş arasında nizamsız əsgərlər, ətraf güllə izləri və Suriya Azadlıq Ordusunun gömrük binasından asılmış bayrağı.
Burda Əhmədi yaxşı tanıyırlar. Maralıdır ki, Azərbaycandan olduğumu bilsələr də, viza-filan barədə heç soruşmadılar. Bir az üzümə baxdılar - bu vaxt Əhməd onlara mənim jurnalist olduğumu deyirdi - çantamı eşələdilər və nədənsə “Kalaşnikov”larını əllərində yellədib pasportuma da möhür vurub yaxşı yol dedilər.
- Əhməd, bu nə möhürdü belə, özləri düzəldiblər?
Bayaqdan bəri ilk dəfə idi ki, sürücümün üzü güldü.
- Yox, saxta deyil. Türkiyə tərəfi tanıyır o möhürü. Əsədin gömrükçülərindən alıblar, onları tərki-silah edəndən sonra.
“Şəhər idi, abi, bura şəhər idi”
Sərhəddən Azaza üz tuturuq. Təxminən 25 kilometr yoldur. Amma Suriya içinə girən kimi heç 500 metr getməmiş tanklar görünür. Vurulmuş, yanmış tanklardır. Əhməd deyir ki, savaş Türkiyə sərhədinin 500 metrliyində gedirdi. Müxaliflər Əsədin əsgərlərini burdan qovublar. Ümumiyyətlə, Suriyanın şimalına bütünlüklə Suriya Azadlıq Ordusu nəzarət edir. Bizi gedəcəyimiz Azaz şəhərinə də. Oradan qızğın döyüşlərin getdiyi Hələbə isə vur-tut 40 kilometrdir.
- Bu da Azaz. Şəhəri idi bura. Əməlli-başlı şəhər. Yerlə-yeksan etdilər, görürsən də.
Hər tərəf dağıntıdır. Əhməddən şəhərin mərkəzinə sürməyi xahiş edirik.
- Mərkəz-filan qalmayıb abi. Qalanımız elə buralardır.
“Qonşunun qolunu 30 metr aralıdan tapdıq”
Şəhər sözün həqiqi mənasında viran qoyulub. Avqustun 16-sı gecə bir neçə bombardmançı təyyarə Azaza onlarla bomba atıb. Müxalifətin qərargahından bizə deyirlər ki, hər bombanın ağırlığı 450 kiloqram olub. Bombalardan biri Məhəmmədin dükanına düşüb. Dükan sahibi bombalardan ayrılmış qəlpələri göstərir. Qəlpələri belə əlimizdə güclə saxlaya bilirik.
- Tavandan yekə bir dəlik açıb. Dükan xaraba günə qaldı. Yaxınlıqdakı evdən isə üç nəfər öldü. Birin qolunu bütün apardı. Özü yerindəcə öldü. Qolunu 30 metr aralıqdan tapdıq.
“Uşaqların meyiti tikə-tikə olmuşdu”
Davud ibn-Yəhya buranın imamıdır. Deyir Əsədin belə hərəkət edəcəyini gözləmirmişlər.
- Əvvəl bombaladılar. Sonra isə şəhərə tanklar girdi. Özü də hara gəldi ata-ata. Camaata dedim ki, qaçın girin məscidə. Şəhərə girənlərdən təyyarəyə sanki işarə verdilər ki, adamlar məscidə girdi. Heç 10 dəqiqə keçməmiş məscidə də bir bomba atdılar. On nəfərdən çox adam öldü məsciddə. 2 uşağın isə meyiti ələ gəlmədi. Tikə-tikə olmuşdular.
***
Şəhərin Əhmədiyyə adlı məhəlləsindəyəm. Əvvəllər şəhər mərkəzi olub. Ən çox bomba da bura atılıb. Məktəb binası, dükanlar, evlər yerlə bir olub. İnsanlar hələ də burda dağıntılar arasında itkin düşənlərin meyitlərini axtarırlar. Sürücümüz deyir ki, bombalanmanın səhərisi gün ətrafı üfunət iyi bürümüşdü.
- Dəhşət isti idi. Dağıntıları aradan qaldırmaq üçün isə texnika yoxdur. Adamlar əlləri ilə, dəmir parçaları ilə bir təhər yeri eşib meyitləri çıxarırdılar. Sonra bir traktor tapa bildik. O da yarım saat işləməmiş xarab oldu. Xeyli itkin düşən var. Kim bilir hələ də nə qədər adamın meyiti dağıntı altındadır.
“Oğlumun ancaq başını basdıra bildim”
Əhməd bizi Südeyf adlı yaşı 60-ı keçmiş kişinin evinə aparır. Ev deyəndə ki... Əvvəl bu yerdə ev olub. İndi quruca divarlardır. Məchul bir nöqtəyə baxır Südeyf. Əhməd deyir ki, neçə gündür belədir. Yemək yemir, su içmir. Hələ də baş verənlərin şokundan ayılmayıb.
Südeyf çətinliklə danışır. Elə Əhməd də gözləri dolmuş tərcümə edir. Bombalanmadan sonra Südeyfin ailəsindən iki nəfər həlak olub. 5 yaşlı qızının ayağını amputasiya ediblər. Oğlunun isə meyitini belə tapa bilməyib. Deyir, Azazda hətta meyitləri tapanlar belə sevinirdilər.
- Mən isə oğlumun ancaq başını tapa bildim. Oğlumun təkcə başını basdıra bildim. Orda, həyətdə...
...Əsəblərim dözmür. Vallah dözmür. Həyətdən anındaca qaçmaq istəyirəm...
Tarikin də evi dağılıb. İndi qaynını evinə sığınıb. Deyir Türkiyəyə keçməyəcəm. Oğlu müxaliflər tərəfində vuruşur. Ona görə narahatdı. Bomba Tarikin qardaşının ailəsini bütünlüklə məhv edib.
- Qardaşım, gəlinimiz, iki uşağı öldü. Uşağın birin meyitini dünən torpağın altından tapıb çıxarmışıq. Bir gözü hələ də açıq qalmışdı. Əsədin balası yoxdumu, hə?
Az qala bağırır, Tarik. Əhməd ona su verir. Əli ilə geri itələyir su şüşəsini də.
Su demişkən, şəhərdə əməlli su qıtlığı var. İçməli suyu qablarda Türkiyədən gətirirlər. Su xətti məhv edildiyindən çimmək problemi belə yaranıb.
Su qızıl qiymətinə...
Azazda bir-iki dükan hələ də işləyir. Amma bir şüşə suyun qiyməti bizim pulla 3-4 manat arasıdır. Biz 200 funt Suriya pulu uzadıb bir şüşə su alırıq. Dükandan çıxmamış səkidə oturmuş 4-5 yaşlı bir uşaq su istəyir. Birini də alıb ona veririk. Dərhal da 3-4-ü yaxınlaşır, “kola” istəyirlər. Amma havayı yox ha, barmaqlarını qaldırıb “Azadlıq” işarəsi göstərərək poz verməklə borclu qalmaq istəmirlər.
Şəhərdə Əsəd ordusunun vurulmuş 17 tankı qalıb. Yandırılmış bu tanklardan uşaqlar indi az qala oyuncaq kimi istifadə edirlər. Üstlərinə çıxır, şəkil çəkdirilər, içinə girib oynayırlar. Amma...
“Əsgərlər ya tanklarda yandılar, ya da...”
Amma üç gün əvvəl o tankların içində olan əsgərlərin taleyini düşünəndə, bizlərə danışılanları eşidəndə adamın qanı donur.
... Şəhəri bombalayandan sonra Azaza 17 tank daxil olub. Hamısı da məhv edilib. Şair əbu-Rahman adlı döyüşçü ilə söhbət edirik. Deyir, tankları şəhərin mərkəzində mühasirəyə alıblar. Sonra da minaatanlarla, Molotov kokteylləri ilə yandırıblar.
- Bir neçə əsgər tankdan düşüb qaça bildi. Qalanları həlak oldu. Ya tankda yandılar, ya da qaçmaq istərkən güllələndilər.
Şairin bundan sonra söylədiklərinə isə heç bir ad vermək olmur.
- Deyirsən, əsgərlərin meyitlərini harda basdırdıq? Niyə basdıraq ki? Qaldı küçələrdə. Köpəklər gecələr yedi onları. Sür-sümüklərini isə yığışdırıb zibilliyə atdıq.
İlahi, bu adam manyakdı, nədi? Halımı görən sürücüm Əhməd isə məni hardasa sakitləşdirmək əvəzinə Şairin dediklərinə haqq qandırır.
- Düz eləyiblər, köpəklərə yem ediblər. Sən bilsən, onlar bizim əsgərlərin başına nə oyun açırlar. Butulka ilə zorlayırlar, bədənlərinə elektrik buraxırlar. Başlarının dərisini soyurlar. Bəs, bilmirlər ki, bunların da əvəzini verənlər tapılacaq?
Müxaliflərin qərargahında
Müxaliflərin qərargahı, daha doğrusu şimal cəbhəsinin qərargahı Azazda yerləşir. (Yeri gəlmişkən müxaliflərin komandiri ilə söhbəti də Lent.az-da oxuya biləcəksiniz) Bütün təlimatlar da burdan gedir. Yaralıların daşınmasından tutmuş, ərzaq təminatı və yaxınlıqdakı Hələb şəhəri ilə koordinasiya da burdan həyata keçirilir. Maraqlıdır ki, müxaliflər Suriyanın dövlət bayrağını qəbul etmirlər. Onların öz bayraqları var. Amma istər Azazda, istərsə də qonşuluqdakı Əs Səlama kəndindəki qərargahlarında, Türkiyə ilə keçiddəki binada belə bayraqları didik-didik haldadır. Əhməd deyir ki, təzə bayraq tikməyə vaxt yoxdur, müharibəyə baş qarışıb.
Hələblə canlı bağlantı
Müharibə isə buralarda hələ çox canlar aparacaq, deyəsən. Biz gecə Azada olarkən 5-6 km aralıda başqa bir qəsəbə bombalanırdı. Deyəsən, tank və toplardan atırdılar. Səhəri, yəni bu səhər öyrəndik ki, Təl əl-Rüvat şəhərində ölənlər və yaralanlar var. İnsanlar isə bu kiçik şəhəri də tərk edib qaçır...
Azazdan Hələbə 40 kilometr yoldur. Əhmədin qızı Zeynəb bu şəhərdə yaşayır. Əri həkimdir, müxaliflərin ordusunda çalışır. Bir neçə cəhddən sonra Əhməd Zeynəblə əlaqə qura bilir. Elə Hələb haqda informasiyanı da Zeynəbdən alırıq.
- Döyüşlər gedir. Evdən bayıra çıxa bilmirik. Amma şəhərin 70 faizi müxaliflərin nəzarətindədir. Əsəd qoşunları havadan zərbələr endirə bilirlər. Qurudan qəti hücuma keçməyə isə risk etmirlər. Şəhərin girəcəyinə kimi gələ bilərsiniz. Hətta girəcəkdəki bəzi məhəllələrə belə girə bilərsiniz. Amma şəhərin özü güvənli deyil. Hər an bomba atıla bilər.
Zeynəbin dediyinə görə, şəhərdə çörək qıtlığı var. İnsanlar acdırlar. Humanitar yardım isə çox cüzidir, bəs eləmir.
Hələb yolunda
- Hələbə də gedəkmi, Əhməd?
- Abi, eşitmədinmi Zeynəb deyir ki, güvənli deyil.
- Deyir ki, şəhərin yüzdə yetmişi müxaliflərin əlində.
- Komutanla danışmam lazım.
- Danışaq...
... Hələbə yarım saatlıq yolumuz qalmışdı...
Səbuhi Məmmədli
Suriya, Azaz şəhəri

6262