Britaniya əhalisi arasında piylənmə  milyardlarla funta başa gəlir
25 avqust 2025 22:35 (UTC +04:00)

Britaniya əhalisi arasında piylənmə milyardlarla funta başa gəlir

Böyük Britaniyada piylənmənin yaratdığı iqtisadi və sosial yük illik 107 milyard funt sterlinqə yüksəlib.

Lent.az “Independent”ə istinadla xəbər verir ki, bu böhran artıq Milli Səhiyyə Xidmətinin xərclərini kəskin artıraraq sistemin həddən artıq, rekord həddə yüklənməsinə səbəb olub.

Hazırda ölkədə hər dörd böyükdən biri artıq çəkidən və piylənmədən əziyyət çəkir. 1990-cı illərlə müqayisədə bu göstərici iki dəfədən çox artıb və Avropa ölkələrindən daha yüksək həddə çatıb. Ekspertlərin fikrinə görə, yüksək qiymətlər sağlam qidalanmanı bir çox britaniyalı üçün əlçatmaz edib, “fast-food” şəbəkələrinin sürətlə artması isə vəziyyəti daha da ağırlaşdırır.

“The Lancet” jurnalının proqnozuna görə, 2050-ci ilə qədər ölkədə böyüklər arasında 43 milyondan çox şəxs artıq çəki və ya piylənmə problemi ilə qarşılaşacaq. Uşaqlar arasında piylənmə halları isə 50 faiz artacaq.

Problem təkcə səhiyyəyə deyil, həm də iqtisadiyyata ciddi zərər vurur. “Frontier Economics” şirkətinin hesablamalarına əsasən, iş qabiliyyətinin itirilməsi, xəstəlik səbəbindən iş günlərinin azalması və erkən ölümlər nəticəsində hər il 24 milyard funt sterlinq dəyərində iqtisadi məhsuldarlıq itirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230

Oxşar yazılar