"Whatsapp"da 50 nəfərlik VİDEOKONFRANS mümkün olacaq
21 may 2020 19:32 (UTC +04:00)

"Whatsapp"da 50 nəfərlik VİDEOKONFRANS mümkün olacaq


"Facebook" şirkəti "Messenger Rooms" qrup zənglərini Android əməliyyat sistemi vasitəsilə çalışan cihazlar üçün olan "Whatsapp" messencerinə inteqrasiya etməyə başlayıb.

Lent.az-ın "technote"a istinadən məlumatına görə, qrup zəngləri üçün nəzərdə tutulmuş "Messenger Rooms" "Whatsapp"ın Android üçün olan 2.20.163 versiyasına inteqrasiya edilib.

Beləliiklə yenilənmə ilə birlikdə "Whatsapp"dakı çatın daxilində olan ümumi menyuya Room bölməsi əlavə edilib.

Yeni özəllik vasitəsilə "Whatsapp" daxilində 50-yə yaxın istifadəçinin iştirakı ilə videokonfrans yaratmaq mümkündür. Sözügedən yeni funksiyanın test müddətinin nə qədər çəkəcəyi və Facebook-un bu cür funksiyanın iOS versiyasının hazırlayıb-hazırlamadığı bilinmir. Whatsapp 2.20.163 beta versiyasının Android üçün olan APK faylını burdan yükləmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7771

Oxşar yazılar