"Qadağaları yüngülləşdirmək mümkün deyil" - Britaniyanın Səhiyyə naziri
11 aprel 2020 14:50 (UTC +04:00)

"Qadağaları yüngülləşdirmək mümkün deyil" - Britaniyanın Səhiyyə naziri

"Böyük Britaniyada COVID-19 hələ də pik nöqtəsinə çatmayıb, ona görə də hərəkəti məhdudlaşdıran qadağaların yüngülləşdirilməsi mümkün deyil".

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok deyib.

Səhiyyə naziri bildirib ki, xəstəxanalara müraciətlərin azalmağa başlaması ən pis halın yenidən təkrarlanma ehtimalanın olmayacağını göstərmir: "Hökumətin fikri budur ki, biz hələ o məqama çatmamışıq. Hələ kifayət qədər azalma görmürük ki, pik nöqtəyə çatdığımızı deyək".

Bəzi ekspertlərin COVID-19-un Böyük Britaniyada növbəti həftələrdə pik həddə çatması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Matt Hankok "heç kəs bunun nə zaman olacağını bilmir", - deyib.

“Hər cür təkliflər var. Onların işi ən dəqiq qiymətləndirməni aparmağa çalışmaq və bizə məsləhət verməkdir. Müxtəlif elm adamlarından müxtəlif tövsiyələri təqdim olunur", - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1139
avatar

Oxşar yazılar