Türkiyədə koronavirusa yoluxduğu üçün öz evində müalicə alan həkim Ahmet Faruk Yağcı sosial şəbəkə hesabı ilə canlı yayımda bir sıra proqnozlar səsləndirib.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, həkim canlı yayım zamanı Türkiyədə yoluxma sayında pik nöqtə olacağını bildirib. O, həmin pik nöqtənin aprelin 25-də olacağını məntiqə uyğun hesab edib. Həkim Ahmet Faruk Ramazan bayramı ilə koronavirusun ölkə gündəmindən çıxacağını da istisna etməyib:
“Aprelin 10-nunu bir tarixi gün hesab etsək, 1 həftə sonradan ciddi yoluxmalar olacağını düşünürəm. Aprelin 25-də pik nöqtə olacağını düşünmək məntiqlidir. Ölkə olaraq, koronavirusla mübarizədə yaxşıyıq”.