“Çiçəklənən Ermənistan”ın rəhbərinin həbsinə icazə verildi
16 iyun 2020 18:39 (UTC +04:00)

“Çiçəklənən Ermənistan”ın rəhbərinin həbsinə icazə verildi

Ermənistan parlamenti “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyanın həbsi barədə Baş prokurorun ikinci müraciətini təsdiqləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, 2017-ci il parlament seçkilərində seçiciləri pulla ələ almaqda şübhəli bilinir.

Parlamentin bugünkü iclasında Q. Tsarukyanın deputat toxunulmazlığı da ləğv edilib.

Daha əvvəl qanunverici orqan Baş prokuror Artur Davtyanın Q. Tsarukyanın məsuliyyətə cəlb edilməsi haqqında birinci ərizəsini qəbul etmişdi. Lakin A. Davtyan deputatın öz nüfuzundan istifadə edərək istintaqın gedişatına təsir göstərəcəyindən ehtiyat etdiyi üçün həbsinə icazə istəyib.  

Q. Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 2004-cü ildə yaradılıb. Hazırda partiya parlamentdəki 132 yerdən 25-nə sahibdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2815
avatar

Oxşar yazılar