"5G"nin canlı orqanizmə təsiri sübut edildi, lakin...
11 iyul 2020 18:10 (UTC +04:00)

"5G"nin canlı orqanizmə təsiri sübut edildi, lakin...

Mütəxəssislər arasında "5G" mobil şəbəkəsinin təhlükəsizliyi barəsində yekun bir fikir hələ də yoxdur.

Lent.az "technote"a istinadən xəbər verir ki, mütəxəssislərin bir hissəsi "5G" şəbəkəsinin təhlükəsiz olduğunu söyləsələr də, digərləri bir sıra tədqiqatlara əsaslanaraq radiotezlikli şüalanmanın sağlamlığa təsirindən xəbər verirlər.

Sonuncu qrup insanlara həmçinin Oreqon ştatının universitetinin mütəxəssisləri də aiddirlər. Onlar "5G" şəbəkəsinin canlı orqanizmə təsirini sübut ediblər. Lakin narahatçılığa əsas yoxdur. 

Oreqon ştatının universitetinin mütəxəssisləri xüsusi tədqiqat aparıblar və həmin tədqiqat nəticələri əsasında "5G" şəbəkəsinin canlı orqanizmə müəyyən təsiri sübut edilib. Lakin tədqiqatı aparmış mütəxəssislər qeyd ediblər sözügedən radiotezlikli şüalanmalar göründüyü kimi o qədər də zərərli deyillər.

Mütəxəssislər Danio adlı balıq növünün embrionlarından istifadə edərək tədqiqat aparıblar. Bu balıqlardan çox zaman bioloji sistemə olan ekoloji təsirlərin aşkar edilməsində istifadə olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26086
avatar

Oxşar yazılar