
Sizdən xəbər verən dırnaq formaları -FOTOLAR

Davranış və fiziki görünüş insan haqqında qarşı tərəfə müəyyən məlumat verir. Bəzən, dırnaqların uzun və ya qısalığı da qarşı tərəfə müəyyən mesaj ötürür.
Lent.az dırnaqların insan haqqında yaratdığı fikirləri təqdim edir:
Uzun dırnaqlar
Həddindən artıq uzun dırnağa sahib olan insanlar diqqətli, istənilən mühitə tez uyğunlaşırlar.
Qısa dırnaqlar
Qısa dırnaqlara sahib olanlar praktik insanlardı. Detallara vaxt sərf etməyi sevmir, dərhal problemdən çıxış yolu düşünür. Amma bu qısalıq dırnaq yeməklə bağlıdırsa, o zaman fikirlər dəyişir. Belə ki, dırnaq yeyən insanlar gərgin olurlar.
Yuvarlaq dırnaqlar
Bu insanlar həyatı asanlaşdırmağa, baş verən hadisələrdən zövq almağa çalışırlar. Mübarizə aparmağı sevsələr də, sonda yenə praktik olurlar.
Uzun və oval formada dırnaqlara sahib olanlar isə hər kəslə rahat ünsiyyət qurmağı bacarırlar.
Badamşəkilli dırnaqlar
Üçbucaq və oval dırnaqlardan olan badamşəkilli dırnağa malik olanlar əyləncəli insanlardır. Həmçinin, sadiq, güvənilir və gözəl dost olurlar.

Oxşar yazılar

Kivinin üz dərisinə faydası – Quru dəri üçün ev şəraitində maska
23 fevral 2021 , 19:52
Bədənində yer qalmadı, üzünə döymə etdirdi
23 fevral 2021 , 19:26
Yeni trend: Trikotaj çanta modelləri-FOTOLENT
19 fevral 2021 , 16:42
Bu mövsümün ən gözəl maskaları: Dolce & Gabbana və ...-FOTOLENT
18 fevral 2021 , 10:53
Bu il dəbdə olacaq müxtəlif növ ayaqqabı modelləri -FOTOLENT
2 fevral 2021 , 11:41
Təbii üsulla qalın qaşlara necə sahib olunur? - 6 QIZIL QAYDA
29 yanvar 2021 , 09:15
Bu ilin estetik trendi hansılardı? – Xanımların DİQQƏTİNƏ
26 yanvar 2021 , 11:17