Pensiyaçı Nəzifə   Dubayda gözəllik müsabiqəsinin qalibi oldu
08 noyabr 2022 19:12 (UTC +04:00)

Pensiyaçı Nəzifə Dubayda gözəllik müsabiqəsinin qalibi oldu

61 yaşlı Nəzifə Osmanova “Ms & Mrs Universal World 2022” müsabiqəsinin birdən-birə iki titulunun - Avropa Kraliçası və Kainat gözəlinin sahibi olub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yarışda 17 ölkədən 50 qadın iştirak edib. Orada Rusiyadan bir anda iki nümayəndə olub - 40 yaşlı Taqanroq sakini Mariya Pokrovskaya və Çelyabinskdən olan 61 yaşlı Nəzifə Osmanova. Ruslarla birlikdə Böyük Britaniya “UKmodelschool” məktəbinin rəhbəri Kseniya Usolkina milli nümayəndə kimi gəlib.

İştirakçıların gərgin və çətin qrafiki olub - məşqlər, hazırlıq, fotosessiya. Hər gün səhərdən axşama qədər oyaq qalmalı idilər.

“Səhər dörddə, altıda durmalı və bir, ikidə yatmalı idim. Hər şey sərt idi, böyük cərimələr. Məsələn, özü ilə Rusiya yazısı olan lenti götürmədin - cərimə, gecikdin - cərimə, səhv yerdə oturdun - cərimə, səhv dedin - cərimə. Bunlara görə məndə ciddi nizam-intizam yarandı etdirdim, özümü toparladım”, - qalib vurğulayıb.

Nəzifə Osmanova müsabiqədə iştirakın çətin olduğunu etiraf edir: təkcə ingilis dili biliyini artırmaq yox, həm də davranışını dəyişmək lazım idi. 

“Məsələn, yarışmanın çılğın ritminə uyğunlaşmaq və heç nəyə gecikməmək üçün hər şeyi yavaş-yavaş etmək vərdişimi unutmalı oldum. Ancaq qalib gəlmək üçün sərf olunan bütün səylər buna dəyərdi”, - qadın deyib.

İndi model artıq Rusiyaya qayıdıb, lakin onun darıxmağa vaxtı yoxdur. Artıq Nəzifənin həm vətəni Çelyabinskdə, həm də Moskvada bir neçə böyük tədbirdə iştirak etməsi planlaşdırılır.

Təhsilinə görə Nazifə texnoloqdur. Amma o, peşəsi ilə işləməkdənsə sevimli işini üstün tutur. O, gözəllik salonları şəbəkəsi açıb və əri ilə bizneslə məşğul olur. Orada uzun illər usta işləyib. 

“Mən ailəliyəm, üç oğul anası və dörd gözəl nəvənin nənəsiyəm. Boş vaxtlarımda hovuza gedirəm, kitab oxuyuram, masaj otağına baş çəkirəm”, - Nəzifə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3564
avatar

Oxşar yazılar