Ondan Bakıda satılmır - Bu gün 75 yaşı tamam olur
05 iyul 2021 14:45 (UTC +04:00)

Ondan Bakıda satılmır - Bu gün 75 yaşı tamam olur

Bu gün bikininin 75 yaşı olur.

Lent.az xəbər verir ki, hər il iyulun 5-də Ümumdünya bikini günü qeyd edilir. Bu tarix təsadüfi deyil. Çünki 1946-cı ildə məhz bu gün fransalı mühəndis Lui Rear bir-birindən ayrı mini çimərlik geyimi təqdim edib. Həmin geyim bikini adlandırılıb. Bikinini 19 yaşlı model Mişelin Bernandini nümayiş etdirib. Lui Rear isə nümayiş üçün Mişelini uzun müddət dilə tutub. Çünki o zaman üçün açıq-saçıq sayılan geyimdə ictimaiyyət qarşısına çıxmaq asan məsələ deyildi.

Bikinilərin bir sıra növləri var; məsələn - Monokini. Bu bütöv çimərlik geyiminin yan tərəfə doğru dərin kəsiklərlə və yaxud da yuxarı hissəsi olmayan, yalnız aşağı hissəsi geyinilən yüngülləşdirilmiş variantıdır.

“Əyləncəli” bikinilər də mövcuddu. Belə ki onlar bilərəkdən şəffaf parçadan hazırlanır və ilgəkləri suda həll olma qabiliyyətinə malikdir. Maraqlıdır ki, bikininin tamaşaçıları şoka salmaqdan qurtarıb dəb aləminə keçməsi üçün 10 ildən çox vaxt lazım oldu.

Bikininin ən geniş yayılmış növü “Regular”dır, hanısı ki nə çox açıq deyil, nə də çox qapalı. Bu geyim sonradan insan mədəniyyəti ilə o qədər sız əlaqəli oldu ki, hətta müasir dövrdə keçirilən gözəllik yarışmalarında əsas proqramlardan biri çimərlik-bikini geyimlərində çıxışdır.

Bikininin Brazilya variantı bütöv çimərlik geyimi yerinə yalnız nazik sap şəkilində bağlardan ibarətdir. Baxmayaraq ki, bikinilər yalnız qadınlar üçün nəzərdə tutulub, amma onunla həm də kişilər çox yaxından maraqlanır. Onu da qeyd edək ki, çimərlik dəstinin yeni modeli Atolla Bikininin şərəfinə adlandırılmışdı. 

Bikinini xatırladan geyim dəsti hələ qədim Romada idman geyimi kimi istifadə olunurdu. Müasir bikinidən idman geyimləri isə çimərlik voleybolunda, bodbildinqlərdə və idman rəqslərində (samba, rumba və s.) istifadə edilir.

75 il əvvəl bazara çıxarıldıqdan sonra bikini mənəvi çaxnaşmaya səbəb oldu. Bu geyim Fransa, İspaniya, İtaliya, Portuqaliya, Avstraliya və ABŞ-ın bəzi bölgələrində qadağan edildi. 1953-cü ildə İspaniyanın Benidorm bələdiyyə sədri Pedro Saraqosa şəhər çimərliklərində bikini geyinilməsinə icazə verdi. Bu ziddiyyətli qanuna görə, bəzi qadınlar Sahil Mühafizəsinin üzvləri ilə qarşı-qarşıya gəldi. Daha sonra İspaniya diktatoru  Fransisko Franco bikiniyə müsbət yanaşdı və bikinilər İspaniyada tədricən dəb halına gəldi. 

Dünyanın ən bahalı bikinisinin qiyməti 30 milyon dollardı. O, platin və brilyantlarla bəzədilir, bundan sonra satılır. Onun dizayneri Syuzan Rouzendi. Bu dəst ilk dəfə “Sports İllustrated” jurnalının üz qabığında nümayiş etdirilib. Özü də məşhur modelyer Molli Sims tərəfindən.

Düzdür, Bakıda xanım Rouzenin dizayn etdiyi bikinidən satılmır. Amma əksər dünya brendlərinin məhsullarına, Bakıdakı butiklərdə rast gəlmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3669
avatar

Oxşar yazılar