Moda da yeni trend: Çuval geyimlər
08 dekabr 2020 14:19 (UTC +04:00)

Moda da yeni trend: Çuval geyimlər

Modada yeni trend: “Çuval geysə yaraşar” ifadəsini yalnış anladılar

“Çuval geysə yaraşar” ifadəsini yalnış anlayıb, kartof çuvalından geyimləri trend etdilər.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, moda da hər kəsi təəccübləndirən trendlər meydana gəlib.

2020-ci ilin əvvəlində hər kəsə “bircə bu qalmışdı” dedirtən geyimlər trend oldu. Ot ləkəli şalvarlar, bəzəkli kişi köynəkləri, plastik paltarlar...

2020-ci ilin son fərqli modası da ortaya çıxdı: çuval görünüşlü paltarlar.

Sosial media istifadəçisinin vitrinində gördüyü və fotosunu çəkdiyi bu kartof kisəsinə bənzər idman şalvarları qısa müddətdə gündəmə gəlib. Bu geyimləri yaxın zamanda yarana biləcək yoxsulluqla əlaqələndirənlər də olub.

Əslində haqsız da deyillər. Çünki belə geyimlərin tarixlə birbaşa əlaqəsi var. Dünyanın hər yerində yoxsulluq içində olan insanlar, xüsusən də uşaqlara un kisələrindən paltar tikiblər. Buna görə çuval paltarının travmatik tərəfi var.

Marilyn Monroe, 1951-ci ildə dünyanın bütün aparıcı dizaynerləri onunla işləmək istədikdə, kartof çuvallarından tikilmiş paltarda fotosessiya etdirib və "çuval geysə yaraşır”  ifadəsinin sübutu olub.

Bu gün moda və geyim bolluğu yaşayırıq. Bu bolluq zamanında bəzilərinin diqqətini çuval geyimlərin çəkməsi olduqca qəribədir. Geri dönüş trendinin bir hissəsi kimi görünən çuval görünüşlü paltarlar artıq bir çox markanın kolleksiyalarına girib.

Fərqliliyi sevən şirkətlər bu trendi bəyəniblər. Amma onu da qeyd edək ki, parçanın yaradaçağı qaşıntı fotolara baxanda hiss olunur.

Siz necə düşünürsünüz, bu trend bəyəniləcəkmi?

 

# 2607
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar