Hansı paltarlar bizi daha zəngin  göstərir?
18 oktyabr 2024 19:08 (UTC +04:00)

Hansı paltarlar bizi daha zəngin göstərir?

Moda bloqeri Amanda Ueldon hansı paltarla daha bahalı görünə biləcəyimizlə bağlı bir neçə məsləhət verib. 

Lent.az xəbər verir ki, ilk növbədə hər kəsin qarderobunda ağ köynək və kəmər olmalıdır.

 "Zərif və zamansız kəmər sizin gizli silahınızdır və bu, təsadüfi seçilmiş tərz arasında öz tarazlığını tapır. Sizin daha zərif və cəlbedici görünməyinizə şərait yaradır", - Ueldon bildirib. 

Bundan əlavə, Ueldon monoxrom geyimlərə, məsələn, düz kostyumlara və ya paltarlara diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, bu cür geyimlər dəbdəbəli obraz yaratmağa kömək edir.

Mütəxəssis həmçinin paltolara da daha yaxından baxmağı təklif edib. 

“Doğru tonlarda və yaxşı tikilmiş palto ən sadə geyimləri belə gözəlləşdirə bilər. Onu kapüşonlu və ya cins şalvar kimi geyimlə birləşdirin və ya tanışlıq gecəsində bu paltonu ipək paltarla kombin edin”, - o, vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525
avatar

Sevinc Fərid

Oxşar yazılar