Dünyanın ən böyük sviterinin  tarixi – 45 nəfər çalışıb
03 dekabr 2024 12:24 (UTC +04:00)

Dünyanın ən böyük sviterinin tarixi – 45 nəfər çalışıb

Sviter cinsindən və yaşından asılı olmayaraq hər kəsin qarderobunda tapıla biləcək bir geyimdir. İxtisaslaşmış tekstil sənayesi olan türk sahibkarlar birliyi unikal layihə həyata keçirərək dünyanın ən böyük sviterini istehsal edib.

Lent.az-ın məlumatına görə, onlar bunu ictimaiyyətin diqqətini istilik enerjisinə qənaət etmək zərurətinə cəlb etmək üçün ediblər.

Mütəxəssislər hesablayıblar ki, Türkiyə sakinləri evdə və işdə bu sviteri geyinməyə başlasalar, enerji resurslarına gözlə görüləcək dərəcədə (təxminən 2 milyard dollar) qənaət edə biləcəklər.

Bu şah əsəri yaratmaq üçün 45 nəfərdən ibarət komanda bir ay işləyib.

Onlar birlikdə uzunluğu 45, eni isə 18 metr olan sviter yaratmağa nail olublar.

Bu, 500 kq ağırlığında təxminən 10 min metr iplik sərfiyyatı deməkdir.

Sviterin mümkün qədər çox insan tərəfindən görülməsi üçün İstanbulda Bayrampaşa bələdiyyə binasının fasadından yük maşını kranı ilə asılıb. 

Mərasimdə Türkiyə rəsmiləri, o cümlədən prezidentin baş müşaviri iştirak edib. Şəhərin meri hədiyyə olaraq sviterin normal ölçüdə surətini alıb.

Tədbir təşkilatçıları ümid edirlər ki, bu, insanları istiliyə qənaət etmək barədə düşünməyə vadar edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897
avatar

Ləman Sərraf

Oxşar yazılar