Daha gözəl görsənmək  üçün cins şalvarları belə geyinin
02 noyabr 2024 17:01 (UTC +04:00)

Daha gözəl görsənmək üçün cins şalvarları belə geyinin

Cins şalvar geyərkən ayaqqabı və aksesuar seçiminə elə də diqqət yetirilmir. Ancaq şalvarın tikilişi və uzunluğu bədən tipinə uyğun olmadıqda əyində yaxşı görsənmir.  

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cins şalvar geyərkən diqqət yetirəcəyiniz bəzi məqamlara aydınlıq gətirəcək. 

Cins şalvar geyərkən bu detallara diqqət yetirərək həm rahat,  həm də qəşəng bir görünüş əldə edə bilərsiniz. Doğru kombinasiya ilə özünüzü daha inamlı, daha gözəl hiss etmək çətin deyil. 

Cins parçalarından bir yerdə istifadə etmək qəşəng bir görünüş yarada bilər. Eyni tonları seçmək məcburiyyətində deyilsiniz, fərqli tonlar arasında uyğunluq yaradaraq kombinasiyalarınızı daha dinamik edə  bilərsiniz.

Düz kəsim cins şalvarlar hər qarderobda olmalıdır. Ancaq uzunluğu düzgün olmadıqda ayaqları olduğundan daha kök göstərə bilər. Klassik bir görünüş üçün şalvar paçalarının ayaq biləyinə qədər olmasını unutmayın.

Cins şalvarın paçaları bərabər uzunluqda və nizamlı olmalıdır. Dağınıq paçalar görünüşü  zədələyər. Paçalarınızı ölçərkən baş barmağınızdan istifadə edərək bərabər məsafə əldə etmək yaxşı bir üsuldur.

Cins şalvarın belindən qılçayadək olan məsafə bədəninizin görünüşünə böyük ölçüdə təsir edir.  Xüsusilə yüksək bel modelləri hər kəsin əyninə  eyni şəkildə oturmaya bilər. Bədəninizin quruluşunu diqqətə almaq əhəmiyyətlidir.

Dar çəkmələr ilə dar ayaqlı şalvar, skinni modellər seçmək uğurludur.  Daha bol kəsim şalvarlar istənməyən qırışıqlara səbəb ola bilər. Şalvar paçalarının botların üst qismi ilə eyni səviyyədə olmaması ümumi görünüşünüzü gözəlləşdirər. 

Orta bel cins şalvarları yüksək bel kimi göstərməyə çalışmaq çətin vəziyyət yarada bilər. Bu cür şalvarları kəmərlə geymək daha gözəl görsədər.  Əks halda qırışıq və narahat bir görünüş olar. 

Moda trendlerini izləmək əhəmiyyətlidir,  ancaq bədən şəklinizi diqqətə almaq daha önəmlidir. Bol kəsim cinslər  hər bədən tipi üçün uyğun olmaya bilər. Bədən tipinə uyğun seçim etməlisiz. 

İspan paça cinslərin ideal boyu yerdən 1.5 sm yuxarıda olmalıdır. Qısa və ya çox uzun paçalar bədən görünüşünə mənfi təsir edə bilər.

Arxa ciblərin dizaynı və yerləşməsi bədən xəttlərinizi dəyişdirə bilər. Geniş ciblər  ombaları daha böyük göstərir, düz tikilmiş ciblər daha zərif görünür. Skinni şalvarlar kəmər ilə birlikdə daha qəşəng görünər. Kəmər belinizi önə çəkərək  tərzinizə müasir bir görünüş verər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8358
avatar

Oxşar yazılar