Boyu qısa qadınlar bunlara DİQQƏT etməlidir
04 fevral 2023 12:42 (UTC +04:00)

Boyu qısa qadınlar bunlara DİQQƏT etməlidir

Bəstə boy olmaq bir çox cəhətdən avantaj sayılır. Amma boyu uzun görünsün deyə, bəzi qadınların diqqət etməli olduğu məqamlar var. Əgər siz də daha uzun görünmək istəyirsinizsə, bunları edin.

Lent.az xəbər verir ki, xanımlar birinci növbədə onları bəstə boy göstərən paltarları geyinməməlidir.

Məsələn, qısa boya sahib dünya ulduzlarının ən çox istifadə etdiyi aksesuar kəmərdir. Bir az böyük görünən ayaqqabıları geyinsəniz, tam olar. Düşük bel şalvarları, uzun əlbisələri geyinməsəniz, yaxşı olar. Bundan başqa, mini əlbisə və ya ətək geyinəndə ucu sivri ayaqqabı və ya dikdabandan istifadə edin.

Uzun belli şalvar geyinəndə çalışın ki, balağı kəsik olsun. Onunla qara bir bot kombinləsəniz, görünüşünüz tamamilə dəyişər.

Unutmayın, zövqlü geyinmək üçün çox da bahalı geyimlərə üz tutmaq lazım deyil. Nəyisə yaraşdırıb geyinmək və zövq baxımından seçimi düzgün etmək sizi dəbli göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

Nigar Namiq

Oxşar yazılar