2025-ci ilin yaz mövsümünün  ən dəbli  saç  MODELLƏRİ
06 mart 2025 12:19 (UTC +04:00)

2025-ci ilin yaz mövsümünün ən dəbli saç MODELLƏRİ

Əgər dəbli və zərif  bir saç kəsimi axtarırsınızsa, bu model sizin fərdiliyinizi vurğulamaqla yanaşı, həmişə mükəmməl görünməyinizə imkan yaradacaq.

Lent.az 2025-ci ilin yaz mövsümünün ən dəbli saç kəsim modellərini təqdim edir:

Midi-bob (uzadılmış bob-kare) saç kəsimidir. Son bir neçə mövsümdə ən çox seçilən saç modellərindən biridir və bu, heç də təsadüfi deyil. Çünki bu kəsim təkcə dəbli deyil, həm də universal modeldir – üz formasından və saç quruluşundan asılı olmayaraq hər kəsə yaraşır.

Midi-bob saç kəsiminin xüsusiyyətləri

Midi-bob, uzunluğu çiyinlərə qədər çatan və boynu tam örtən saç kəsimidir.

Əsas xüsusiyyəti – düz və səliqəli kəsilmiş uclardır. Lakin bəzi hallarda parikmaxerlər simmetriya ilə oynayaraq daha dinamik bir görünüş yarada bilərlər. Saçlara əlavə həcm və tekstura verir. Klassik kaskad kare modelindən daha zərif və minimalistik görünüşə malikdir. Təmiz və zərif obraz yaradır, eyni zamanda baxımı asan və qayğısız bir saç modelidir.

Midi-bob kimlər üçün uyğundur?

Obrazını yeniləmək və mükəmməl görünmək istəyənlər üçün ideal seçimdir. Saçlarını uzatmaq istəyən, amma baxımlı və tərzli qalmaq istəyənlər üçün uyğundur. Düz, dalğalı və hətta buruq saçlarda belə gözəl görünür, yəni universal bir modeldir.

Midi-bob saç kəsiminə necə qulluq etməli?

Bu saç modelinin ən böyük üstünlüyü – xüsusi fen və ya düzləşdirici istifadə etmədən də gözəl görünməsidir. Ancaq mükəmməl görünüş üçün stilistlər bir neçə baxım məsləhəti verir:

Təbii görünüş

Nəm saçlara parıltı verən və zədələnmədən qoruyan sprey çəkin. Saçları bir qədər fenlə qurudun, sonra isə təbii olaraq qurumasına imkan verin. Daha həcimli görünüş üçün:

Köpük və ya mus istifadə edərək saç diblərinə həcm verin. Dairəvi daraq və fen köməyi ilə saçları qaldıraraq qurudun.

Romantik dalğalar üçün

Maşalar və ya düzləşdirici istifadə edərək yüngül, dalğalı saçlar yaradın. Saç düzümünü sprey və ya yüngül lak ilə sabitləyin.

Nəticə: Yaz mövsümünün əsas trendi – midi-bob!

Baxımı asan, hər kəsə yaraşan və dəbli görünüş verən saç modelidir. Həm gündəlik həyatda, həm də xüsusi tədbirlər üçün uyğundur. Minimal vaxt və səy tələb edir, lakin maksimal effekt verir. Əgər tərzinizi dəyişmək istəyirsinizsə, 2025-ci ilin yaz mövsümündə midi-bob seçimi mükəmməl variant olacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8266

Oxşar yazılar

2025 yayının trend don modelləri

2025 yayının trend don modelləri

21 iyul 2025 , 17:27
"Bahalı"  görünən manikür

"Bahalı" görünən manikür

19 iyul 2025 , 15:52
İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

17 iyul 2025 , 10:29
Bu ayaqqabıları  yay səyahətində əsla geyinməyin

Bu ayaqqabıları yay səyahətində əsla geyinməyin

16 iyul 2025 , 15:04
Hər qadına yaraşan saç kəsimləri

Hər qadına yaraşan saç kəsimləri

14 iyul 2025 , 11:37
2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

14 iyul 2025 , 09:48
2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

12 iyul 2025 , 10:14
2025-ci ilin yayının  ən dəbli   geyimi - VİDEO

2025-ci ilin yayının ən dəbli geyimi - VİDEO

8 iyul 2025 , 10:29