Toyun səhəri günü DƏHŞƏT:  ərini öldürdü
20 may 2022 17:10 (UTC +04:00)

Toyun səhəri günü DƏHŞƏT: ərini öldürdü

Krasnoyarsk diyarında 43 yaşlı rusiyalı qadın toydan bir gün sonra 44 yaşlı ərini qətlə yetirdiyinə görə saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaqın məlumatına görə, mayın 16-da Zelenoqorskda cütlük toy edib və ertəsi gün bu hadisəni bir dostunun əhatəsində qeyd etmək üçün toplaşıblar. Bayram şənliyi zamanı yeni evlənənlər mübahisə edib və qadın mətbəx bıçağı ilə  ərinə güclü zərbəsi vurub, nəticədə kişi ölüb.

Cəzadan yaxa qurtarmaq ümidi ilə qadın hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verərək ərini dostlarının bıçaqladığını bildirib. Lakin müstəntiqlər qadının cinayətdə əli olduğunu müəyyən ediblər.

# 5199
avatar

Oxşar yazılar