Suriyanın  yeni birinci ledisi:   İlk dəfə göründü - VİDEO
04 fevral 2025 15:31 (UTC +04:00)

Suriyanın yeni birinci ledisi: İlk dəfə göründü - VİDEO

Suriya prezidenti Əhməd Şara ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Şara həyat yoldaşı Lətifə Əl Şara ilə Məkkəyə gələrək Ümrə ziyarətini yerinə yetirib. 

Suriyanın müvəqqəti prezidenti Əhməd Şara bazar günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib. Ər-Riyaddakı təmaslarından sonra paytaxtı tərk edən Əhməd Şara Məkkədə ümrə ziyarəti edib.

Ümrə ziyarəti zamanı Şaranı həyat yoldaşı Lətifə Əl Şara və Suriyanın xarici işlər naziri Əsəd Şeybani müşayiət edib. 

Lətifə Şara haqqında az məlumat olsa da, onun köklü sünni ərəb ailəsindən olduğu məlumdur. Onun universitetdə ərəb dili və ədəbiyyatı ixtisası üzrə təhsil aldığı iddia edilir. Onun Homs yaxınlığındakı əl-Qəryatayn qəsəbəsində doğulduğu deyilir.

Əhməd Şara və həyat yoldaşı Lətifə Şara, Homsdan olan Əlaəddin Paşa bin Əbdülhəmid Paşa əd-Durubinin nəvələridir.

Bu ailənin üzvləri arasında Osmanlının Dəməşqdəki keçmiş səfiri və Suriyanın ikinci baş naziri Əlaəddin əd-Durubi, 2009-cu ildə vəfat edən din xadimi Əbdülqaffar əd-Durubi və 1984-1987-ci illər arasında Əsəd hakimiyyətində neft və sərvətlər naziri vəzifəsində çalışmış Qazi əd-Durubi də var. 

Suriyanın yeni lideri bir müddət əvvəl Lətifə Şaranın həyatında yeganə qadın olduğunu demişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542

Oxşar yazılar