Rusiyanın Soçi şəhər sakini 3 il evli olduğu təcavüzkardan polisə şikayət edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2017-ci ildə baş verib. Qadın naməlum şəxs tərəfindən zorlansa da, hüquq-mühafizə orqanlarına şikayət etməyib. Təcavüzkarla ünsiyyətə başlayıb və tezliklə onunla evlənib.
Onların evliliyi 3 il çəkib. Boşanandan sonra 30 yaşlı zorlama qurbanı keçmiş ərini qanun çərçivəsində cəzalandırmaq qərarına gəlib və cinayət barədə polisə müraciət edib.
Hələlik cinayət işi açılmayıb. Hazırda yoxlama aparılır.