Tarixin  ən uzun alqışları   nə qədər davam edib?
04 fevral 2025 17:33 (UTC +04:00)

Tarixin ən uzun alqışları nə qədər davam edib?

Alqışların bir neçə saat davam edə biləcəyini bilirdinizmi? Ən azından Uqandada belə uzun sürən alqışlar eşidilib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu 2023-cü ildə baş verib.

Üç saatdan çox davam edən alqış prosesi Ginnesin Rekordlar Kitabında düşüb.

Ən uzun alqış rekordu necə yaranıb?

Dərhal vurğulamaq lazımdır ki, alqışlar kiminsə çıxışından və ya hansısa sənət əsərinin nümayişindən sonra gəlməyib.

İnsanlar "dünyaya mesaj göndərmək" üçün əl çalıblar və eyni zamanda ən uzun əl çalma rekordu qırıblar.

Uqandanın Kampala şəhərində 1000-ə yaxın insan toplaşıb.

Onlar 3 saat 16 dəqiqə 1 saniyə fasiləsiz alqışlayıblar.

Bütün bu müddət ərzində tədbir iştirakçılarından heç biri heç yerə getməyib.

Üstəlik, heç kim bir saniyə belə əl çalmağı dayandırmayıb. Alqışlar orta hesabla 88 desibel idi.

Nəticədə Ginnesin Rekordlar Kitabının tərtibçiləri etiraf ediblər ki, iclas iştirakçıları 2019-cu ildə Böyük Britaniyada qeydə alınan əvvəlki nailiyyəti ötüb keçə biliblər.

Yeri gəlmişkən, əvvəlki rekordda qeyd olunan alqışlar 2 saat 5 dəqiqə davam edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar