Tramp miqrantları hərbi təyyarələrlə Hindistana göndərdi
04 fevral 2025 05:27 (UTC +04:00)

Tramp miqrantları hərbi təyyarələrlə Hindistana göndərdi

ABŞ hökuməti hərbi yük təyyarələrindən istifadə edərək qeyri-qanuni miqrantları Hindistana deportasiya edib.

Lent.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.

ABŞ rəsmisinin sözlərinə görə, miqrantları daşıyan C-17 tipli ABŞ hərbi yük təyyarələri Hindistana uçub və təyyarələr 24 saatdan tez olmamaqla Hindistana çatacaq.

Qeyd edək ki, ABŞ daha əvvəl Qvatemala, Peru və Hondurasa qanunsuz miqrant göndərmək üçün hərbi təyyarələrindən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar