Qadını bir tədbirdə etdiyi davranışa görə həyat yoldaşı boşamaqla hədələyib.
Lent.az xarici mənbəyə istinadən xəbər verir ki, 30 yaşındakı qadın, 31 yaşındakı həyat yoldaşı ilə dostunun təşkil etdiyi tədbirə qatılıb. Tədbir canlı musiqi, əyləncə və müxtəlif performanslarla keçirilib. Sonda əyləncə salsa rəqsinə çevrilib. Bir rəqqas qadına yaxınlaşıb onunla rəqs etmək istəyib-istəmədiyini soruşub və qadın qəbul edib.
Daha sonra kişi ona "hamının gözü önündə onu utandırdığını" və "başqa bir kişi ilə rəqs edərək onu tamamilə kiçiltməyə çalışdığını" söyləyib.
Kişi qadının onu həqiqətən tanımadığını, hisslərini nəzərə almadığını və buna görə də boşanmaq istədiyini bildirib.