ChatGPT-də YENİ funksiya  -VİDEO
04 fevral 2025 12:37 (UTC +04:00)

ChatGPT-də YENİ funksiya -VİDEO

OpenAI şirkəti, süni zəka əsaslı ChatGPT əsaslı çat-botu üçün yeni funksiyanı elan edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya alqoritmə istifadəçi sorğusu əsasında "dərin araşdırmalar" aparmağa imkan verəcək. Söhbət, OpenAI şirkətinin hələ kütləyə təqdim olunmamış o3 böyük dil modeli əsasında yaradılmış Deep research adlı funksiyadan gedir. Yeni funksiyanın təsvirində qeyd olunub ki, o, avtonom şəkildə çalışa bilər, lazımi məlumatları axtarmaq üçün çoxpilləli bir trayektoriya planlaşdıraraq və icra edərək, lazım gəldikdə geri qayıdaraq və real vaxt ərzində online rejimdə ortaya çıxan yeni məlumata reaksiya verərək fəaliyyət göstərə bilər.

Sadə dildə desək, Deep research funksiyası yalnız istifadəçi sualına cavab tapmaqla kifayətlənmir, həm də müxtəlif mənbələrdən məlumatları təhlil edib ümumiləşdirərək verilmiş mövzu üzrə ətraflı hesabat hazırlayır. Deep research funksiyasının çalışma prosesi zamanı ekranın sağ tərəfində prosesin qısa təsviri, sitatlar və digər məlumatlar göstərilir. İstifadəçilər bu yeni funksiyanı aktivləşdirmək üçün mətn sorğusu daxil edə, eləcə də şəkil və ya əlavə fayllar, məsələn, PDF formatında sənədlər və ya elektron cədvəllər yükləyə bilərlər. Bunun sayəsində alqoritm daha çox kontekst əldə edir və görülən işin yekunlarına əsasən ətraflı hesabat hazırlamaq üçün 5 ilə 30 dəqiqə arasında vaxt tələb edir.

Gələcəkdə isə çat-bot öz cavablarına şəkillər və diaqramlar əlavə edə biləcək. OpenAI qeyd edib ki, Deep research funksiyası halüsinasiyalara meylli ola bilər. Yəni çat-bot sözügedən funksiya sayəsində mövcud olmayan faktları uydura bilər. Bundan əlavə, alqoritm nüfuzlu mənbələrdən gələn məlumatları şayiələrdən və qəsdən yalan məlumatlardan ayırmaqda çətinlik çəkir. Buna baxmayaraq, OpenAI bu funksiyanın perspektivli olduğunu vurğulayır və qeyd edir ki, Deep research analitik səviyyədə çalışa bilər. Yeni funksiyanın əlçatanlığına gəldikdə, aylıq 200 dollar abunə haqqı ödəyən istifadəçilər ayda 100 sorğuya qədər Deep research alətindən istifadə edə biləcəklər. Aylıq 20 dollar ödəyən istifadəçilərə isə məhdud giriş təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 963

Oxşar yazılar