Səyahətdə evlilik təklifi  necə edilməlidir?
09 avqust 2025 18:36 (UTC +04:00)

Səyahətdə evlilik təklifi necə edilməlidir?

Karpatlardakı rahat bir oteldə istirahət zamanı evlilik təklifi etmək gözəl fikirdir. Amma bu addımı atmazdan əvvəl bəzi məsləhətləri nəzərə almaq faydalı olar.

Lent.az bu məsləhətləri təqdim edir:

Evlilik təklifi insan həyatındakı ən vacib anlardan biridir. Təbii ki, əksər insanlar bu hadisənin sehrli və romantik ab-havada baş verməsini arzulayır. Seyşel adalarındakı Four Seasons Resort Seychelles otelinin romantika üzrə məsləhətçisi Simone Viskonti səyahət zamanı sevdiyinə evlilik təklifi etməyi planlaşdıranlar üçün bir neçə dəyərli tövsiyə verir. Əvvəldən plan qurun, amma spontanlıq üçün də yer saxlayın.

Viskonti bildirir:

“Bəlkə də evlilik təklifinizi planlaşdırdığınız gündən bir gün əvvəl etməlisiniz çünki həmin gün batımı qaçırılmayacaq qədər gözəldir. Və ya təklifi daha intim bir məkanda etmək istəyə bilərsiniz. Elastiklik sizə məkanın sehrini tam hiss etməyə və təcrübənin süni deyil, həqiqi olmasına imkan verir".

Hər şeyi təkbaşına etməyə çalışmayın
Viskontiyə görə ən böyük səhv evlilik təklifini tamamilə təkbaşına təşkil etməyə çalışmaqdır. O məsləhət görür ki, belə hallarda otel heyəti ilə məsləhətləşin, çünki onlar səhnəarxasında sizə kömək edə bilər və hər şeyi daha yaxşı təşkil edə bilərlər. Əgər büdcəniz imkan verirsə, peşəkar tədbir planlaşdırıcısı ilə işləmək daha az stressli və daha etibarlı seçim ola bilər.

Atmosfer etirafın ayrılmaz hissəsi olmalıdır
Viskonti bildirir ki, məkan və ab-hava evlilik təklifinin yadda qalmasında əsas rol oynamalıdır.

Mükəmməllik arxasınca qaçmayın
Ekspert qeyd edir ki, mükəmməl bəzək və ya ideal dekorasiya deyil, məqamın ümumi duyğusu və tərəfdaşla bağlılıq vacibdir. Əgər siz səhnələşdirməyə yox, əlaqəyə fokuslansanız və instinktinizə güvənsəniz  hər şey öz yerini tapacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298

Oxşar yazılar