Ukraynada 21 gündür davam edən müharibə zamanı 10 683 cütlük evlənib.
Lent.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin Ədliyyə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, artıq üç həftədir davam edən müharibə zamanı 10 767 körpə dünyaya gəlib.
Çətin anlarda belə ukraynalılar ruhdan düşmürlər. Onlar sevib-sevilməyə, gələcək üçün planlar qurmağa və uşaq sahibi olmağa davam edirlər.