Şahzadə Uilyam  müğənni Britni Spirslə sevgili olub?
16 sentyabr 2022 18:04 (UTC +04:00)

Şahzadə Uilyam müğənni Britni Spirslə sevgili olub?

İngiltərə şahzadəsi Uilyamın bir vaxtlar müğənni Britni Spirslə münasibəti olduğu ortaya çıxıb. 

Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər saytı yazıb. 

Uzun illər bu haqda kifayət qədər şayiələr yayılmışdı. Amma hər zaman Bukingem Sarayı bu xəbəri təkzib edib. 

Məlumata görə, təxminən 20 il əvvəl Britni Spirs kral III Çarlzın oğlu Şahzadə Uilyamla gizli münasibət yaşayıb. Hətta 2002-ci ildə müğənni Spirs Britaniyaya qastrol səfəri zamanı Uilyamın onu görüşə dəvət etdiyini deyib. 

Müğənni 20 yaşında "Bir az telefonla danışdıq və o, gəlib məni görmək istədi. Lakin görüş alınmadı", deyə açıqlama vermişdi. 

Hətta Britni bu müsahibə zamanı məşhur müğənni Castin Timberleyklə sevgili idi. O, Uilyamın onunla görüşmək fikrindən niyə daşındığını da bilmədiyini dilə gətirmişdi. 

Qeyd edək ki, keçən il Kristofer Andersinin “Qardaşlar və həyat yoldaşları: Uilyam, Keyt, Hari və Meqanın şəxsi həyatları” adlı kitabında Britni və şahzadənin virtual münasibətləri haqqında məlumat paylaşmışdı: 

"Uilyam və Spirs gəncliklərində bir araya gəlməyə çalışıblar. Onların telefon danışıqları olub, amma bu müddət ərzində görüşdüklərini düşünmürəm", deyə müəllif bildirib.

Bildiyimiz kimi, 2003-cü ildə Uilyam indiki həyat yoldaşı Keyt Middltonla görüşməyə başlayıb. Britni isə 2002-ci ilin sonlarında Castin Timberleykdən xoşagəlməz şəkildə ayrılmışdı. 

Xatırladaq ki, Britninin hazırki həyat yoldaşı Sem Əsgəri adlı rəqqasədir. Onlar 2016-cı ildə tanış olub və bu il evləniblər.  


# 2298
avatar

Sevinc Fərid

Oxşar yazılar

Boşanmağa külli miqdarda pul xərclədilər  GÖRÜN NƏYƏ ƏL ATDILAR?

Boşanmağa külli miqdarda pul xərclədilər GÖRÜN NƏYƏ ƏL ATDILAR?

8 dekabr 2022 , 19:00
Arvadının brilyant üzüyünü ATDI -  20 ton zibilliyə girdi...  - FOTO

Arvadının brilyant üzüyünü ATDI - 20 ton zibilliyə girdi... - FOTO

7 dekabr 2022 , 19:05
Qadınların ailədə etdiyi  DÖRD SƏHV

Qadınların ailədə etdiyi DÖRD SƏHV

7 dekabr 2022 , 09:09
Əkiz bacılar ayrılıqdan qorxub eyni kişi ilə  EVLƏNDİLƏR

Əkiz bacılar ayrılıqdan qorxub eyni kişi ilə EVLƏNDİLƏR

6 dekabr 2022 , 18:57
Qadın heç vaxt ərini aldatmadı:  Başqa kişidən hamilə qaldı

Qadın heç vaxt ərini aldatmadı: Başqa kişidən hamilə qaldı

5 dekabr 2022 , 19:10
Keçmiş prezidentin nəvəsi idmançı sevgilisindən  AYRILDI

Keçmiş prezidentin nəvəsi idmançı sevgilisindən AYRILDI

1 dekabr 2022 , 17:42
Qəzada yaddaşını itirdi: Həyat yoldaşı ilə  ikinci dəfə evləndi

Qəzada yaddaşını itirdi: Həyat yoldaşı ilə ikinci dəfə evləndi

30 noyabr 2022 , 19:59
Tanınmış fenomen keçmiş  sevgilisini SİLDİ

Tanınmış fenomen keçmiş sevgilisini SİLDİ

30 noyabr 2022 , 10:23