Restoranda hesabı qadın ödəməlidir, yoxsa kişi? MƏŞHURLARIN CAVABI
16 dekabr 2021 14:24 (UTC +04:00)

Restoranda hesabı qadın ödəməlidir, yoxsa kişi? MƏŞHURLARIN CAVABI

Hər xalqın, ölkənin özünə məxsus adət-ənənələri var. Azərbaycanda da bəzi “yazılmamış qanunlar” mövcuddur. Bunlar isə bir çox hallarda mübahisə doğurur. Məsələn, onlardan biri də cütlüklər restoran, kafe, bara gedərkən hesabı kimin ödəməsi ilə bağlıdır.

Siz necə hesab edirsiniz, kişi ilə qadın iaşə müəssisəsində yemək yeyirsə, hesabı kim ödəməlidir?

Lent.az bununla bağlı yazıçı, deputat və şairlər arasında sorğu keçirib. Həmin sorğunun cavablarını sizə təqdim edirik.

Şair Cəlil Cavanşir: “Məncə müştərək, "alman hesabı" olsa daha yaxşıdır. Həyat paylaşanda gözəldir”.

Cəlil Cavanşir

Deputat Aqil Abbas: “Hesabı kim ödəməlidir?! Təbii ki, kişi. Bizim mentalitetimiz var. Mən heç dostlarımla gedəndə hesabı kiminsə ödəməyinə icazə vermirəm”.

Yazıçı-jurnalist İradə Tuncay: “Mən həmişə restorana həyat yoldaşımla gedirəm. Belə isə düşünürəm ki, kimin pulu çoxdursa, hesabı o ödəməlidir”.

Aqil Abbas və həyat yoldaşı İradə Tuncay

Şair Ulucay Akif: “Düşünürəm ki, feminist xanımlar hesabı özləri verməlidi, feminist olmayan xanımlarla isə hesabı almansayağı, "nemetski şot" da ödəmək olar”.  

Ulucay Akif

Media eksperti Qulu Məhərrəmli: “Bizim mentalitetimizə görə, hesabı kişi ödəməlidir. Hansısa qadın mən olan yerdə hesab ödəsə, mən özümü çox pis hiss edərəm”.

Yazıçı-publisist Zemfira Məhərrəmli: “Azərbaycanda elədir ki, hesabı kişi ödəməlidir. Amma imkansızlıq olarsa, qadın da ödəyə bilər”.

Qulu Məhərrəmli və həyat yoldaşı Zemfira Məhərrəmli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6144
avatar

Aytəkin Cəlali

Oxşar yazılar