Qazi Milli Qəhrəmanın qızı ilə  EVLƏNİR  -FOTO
29 dekabr 2021 18:49 (UTC +04:00)

Qazi Milli Qəhrəmanın qızı ilə EVLƏNİR -FOTO

Qazi və Milli Qəhrəmanın qızı evlənməyə qərar veriblər.

Lent.az-ın məlumatına görə, 44 günlük Vətən müharibəsinin qazisi Denis Quzlayev və Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyova ailə qurmağa hazırlaşırlar.

Qeyd edək ki, müharibə başlayanda rus əsilli Denis Quzlayev könüllü şəkildə cəbhəyə yollanıb. O, Füzuli, Cəbrayıl, Hadrut uğrunda döyüşlərdə iştirak edib və Füzulinin azad olunmasına görə medalla təltif olunub.

Milli Qəhrəman Yuriy Kovalyov 1965-ci il mayın 29-da anadan olub. O, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib, Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşub. Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərib. 1991-ci il 3 oktyabrda Xocavənddə növbəti hərbi tapşırıqdan qayıdarkən düşmənlə döyüşdə qəhərmancasına vuruşaraq şəhid olub. 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Yuriy Kovalyov Şəhidlər xiyabanında dəfn edilib.

Onun qızı Regina Kovalyova ilə qazi Denis Quzlayevin tanışlığı isə xəstəxanada olub. Onların toyları yanvar və mart aylarında baş tutacaq.


 

# 2976
avatar

Aytəkin Cəlali

Oxşar yazılar