Ölən müğənninin  anası əri ilə dava etdi:   Saxlanıldı
04 may 2023 19:05 (UTC +04:00)

Ölən müğənninin anası əri ilə dava etdi: Saxlanıldı

Ölən müğənni Aaron Karterin anası əri ilə dava etdiyi üçün saxlanılıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 64 yaşlı Ceyn Şnek hücum ittihamı ilə məhkəməyə verilib. O, sərxoş halda televizorun pultu üstündə özü də sərxoş vəziyyətdə olan əri ilə mübahisə edib: sənətçinin valideyni yatmağa çalışan ərinin bəyənmədiyi musiqi proqramına yüksək səslə qulaq asırmış.

Cütlük sözlü münaqişəyə girib, bundan sonra kişi Şnekdən pultu götürüb və o cavab olaraq onun biləyindən tutub. Zərərçəkmiş baş verənləri videoya çəkib, daha sonra hüquq-mühafizə orqanlarına zəng edib. Cütlüyün evinə gələn polislər görüntülərə baxaraq sənətçinin anasını saxlayıblar.

Bir müddət sonra Şnekin 100 dollar girov müqabilində sərbəst buraxıldığı bildirilir. Hücum işi üzrə məhkəmə iclasının vaxtı açıqlanmayıb.

Bundan əvvəl “Backstreet Boys” qrupunun solisti Nik Karterin kiçik qardaşı, 34 yaşlı müğənni Aaron Karterin ölümü rəsmən bədbəxt hadisə kimi tanınıb. Onun meyiti ötən ilin noyabrında mənzilindəki vannada tapılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3048
avatar

Oxşar yazılar