Netanyahuya görə ərindən boşanır
29 iyul 2025 15:03 (UTC +04:00)

Netanyahuya görə ərindən boşanır

Siyasi baxışlar getdikcə ailələrdəki böhranların səbəbinə çevrilir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Hayfada bir qadın ərinin baş nazir Benyamin Netanyahuya dəstək verməyəcəyinə dair verdiyi vədi pozduğunu iddia edərək, boşanmaq üçün ərizə verib. O, bu vədi oktyabrın 7-də baş verən faciəli hadisədən sonra verib. Bir neçə ay sonra isə mövqeyini dəyişib. Bu, arvadın dediyinə görə, onu "sındırıb".

Cütlük 18 ildir evlidir və üç övladı var. 54 yaşlı qadın boşanmaq üçün vəkilinə müraciət edib. O, HƏMAS-ın hücumundan sonra ərinin bir daha Netanyahuya səs verməyəcəyinə söz verdiyini iddia edir.

"Mənim doydum. Mən bir daha heç vaxt ona səs verməyəcəyəm", - o deyib.

Ancaq bu yaxınlarda fikrini dəyişib. Buna səbəb İranla münaqişə olub. Kişi yenidən Netanyahunu tərifləməyə və onu “alternativləri olmayan güclü lider” adlandırmağa başlayıb. Həyat yoldaşının dediyinə görə, özünü xəyanət olunmuş hiss edib. 

"Bu, sadəcə olaraq, siyasi fikir deyil. Bütün baş verənlərdən sonra mən onun sözünün üstündə duracağını gözləyirdim", - o vurğulayıb.

Ailə münaqişəsi ən yaxın qohumlara da təsir edib. Mətbuatda yayılan xəbərlərə görə, cütlüyün ailələri müxalif siyasi baxışlara malikdir. Bir tərəf solçu “Merets” partiyasını, digər tərəf isə ideoloji cəhətdən sağçı qüvvələri dəstəkləyir.

Qadını təmsil edən vəkil Roi Qoldşteyn izah edib ki, boşanmaya səbəb siyasi məqam olub: "Onlar 20 ilə yaxındır ki, birlikdədirlər. Həmişə siyasətlə bağlı müzakirələr aparmamağa çalışıblar. Oktyabrın 7-dən sonra o, onun fikirlərini dəstəkləyib və o, özünü daha yaxın hiss edib. Amma İranla gərginlikdən sonra, o, əvvəlki mövqelərinə qayıdıb. O, bunu xəyanət kimi qəbul edib".

Kişi hələ də ailəni bir yerdə saxlamağa ümid edir. O, evdə siyasətdən danışmağı dayandırmağı təklif edib, lakin vicdanına uyğun olaraq səsvermə hüququnda israr edir. "Mən özümü vətəndaş seçimindən məhrum etməyə icazə verməyəcəyəm", - o deyib.

Cütlüyün böyük oğlu, 17 yaşlı yeniyetmə də münaqişədən danışıb. O, anası ilə söhbətində deyib: "Doğrudanmı Bibiyə görə boşanırsan? Bu, indiyə qədər eşitdiyim ən axmaq şeydir".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar