Münasibətinizin  məhv olduğunu   başa düşməyin  YOLLARI:   Çabalamayın
23 fevral 2024 14:44 (UTC +04:00)

Münasibətinizin məhv olduğunu başa düşməyin YOLLARI: Çabalamayın

Qurulan hər sevgi münasibətinin gələcəyi olmur. Bəzi əlaqələr var ki, zamanla ayrılığa doğru yol alır.

Bir əlaqənin artıq xilas ola bilməyəcəyini necə başa düşmək olar?

Lent.az xarici KİV-ə istinadən cütlüklərə münasibətlərinin məhvə məhkum olduğunu başa düşməyin bir neçə yolunu təqdim edir.

Duyğularınızı və fikirlərinizi dəyərsizləşdirdiyini, sizə qarşı hörmətsizlik etdiyini görsəniz, əlaqəni bitirməyin vaxtı gəlib.

Münasibətə son qoymağın digər vacib səbəbləri manipulyasiya və nəzarətdir. Yalnız onunla maraqlanırsınızsa, bir əlaqəni uğursuz adlandırmaq olar. İki tərəfdaş əlaqələri inkişaf etdirmək üçün səy göstərməlidir.

Bundan əlavə, etimad münasibətlərdə əsas rol oynayır. Güvənmədiyiniz və etibar edə bilmədiyiniz tərəfdaşın sizin üçün uyğun olub-olmadığını düşünün.

Uğursuz bir əlaqənin başqa bir əlaməti partnyorunuza qarşı ikrah hissidir. Mütəxəssislər hesab edirlər ki, həyatınızın digər sahələri münasibətlərə görə əziyyət çəkirsə (buna ailə, dostlar, karyera və istirahət aiddir), deməli səhv yoldasınız.

Cütlüyün gələcəyinin olmadığını necə başa düşmək olar?

Çox güman ki, danışıb ortaq qərar qəbul edə bilməsəniz, münasibətlərin gələcəyi yoxdur. Bundan əlavə, bir-birinizi başa düşməsəniz və eşitməsəniz də sonun yaxınlaşdığının əlamətidir.

Nəhayət, əgər sizin və ya tərəfdaşınızın heç nəyi dəyişmək istəyi yoxdursa, gələcək üçün plan qurmamalısınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4200
avatar

Fidan İlqar

Oxşar yazılar