Leonardo bu dəfə  uşaqlı qadınla sevişir
02 noyabr 2022 21:54 (UTC +04:00)

Leonardo bu dəfə uşaqlı qadınla sevişir

Hollivud ulduzu 47 yaşlı Leonardo Di Kaprio və 27 yaşlı model Gigi Hadidin sevgili olduqları iddia olunub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ikili “Holloween” bayramına birlikdə qatılıb və səmimi görüntüləri çəkilib. Bu da onların münasibətlərinin olması iddiasını daha da gücləndirib. 

Xatırladaq ki, Leonardo Di Kaprionun münasibətdə olduğu qızların yaş həddinin 25 olması ilə gündəmə gəlmişdi. Gigi Hadidin 27 yaşlı olması isə diqqət çəkib. Hətta bu Di Kaprionun uşaqlı qadınla olan ilk münasibətidir. 

Qeyd edək ki, Gigi Hadidin müğənni Zeyn Malikdən iki yaşlı qızı var.  
 

# 3714
avatar

Oxşar yazılar