Kişilərin cinsi həyatının yaxşılaşdırılması dərmansız həyata keçirilə bilər və nisbətən sadədir.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Nyu-York Universitetinin Qrossman Tibb Məktəbinin və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri iddia edirlər ki, sadəcə düzgün pəhriz seçmək lazımdır.
Mütəxəssislər prostat xərçəngi olan 3,5 min kişi üzərində araşdırma aparıblar. Onlar erektil disfunksiya və sidik qaçırma ilə qarşılaşıblar - bunlar bu tip onkoloji terapiyanın yan təsirləridir. Onların qida rasionu da öyrənilib.
Məlum olub ki, ət və süd məhsullarından imtina etmək cinsi sağlamlığa faydalı təsir edib və əlamətləri azaldır. Rasionda meyvələr, tərəvəzlər, taxıl məhsulları və qoz-fındıq da eyni təsirə malikdir. Araşdırma nəticəsində məlum olub ki, bitki mənşəli pəhriz kişilərin cinsi həyatlarını 11 faiz yaxşılaşdırır.