Cütlüklər ilk birgə məzuniyyətlərində üç səbəbdən mübahisə edə bilərlər.
Lent.az-ın xəbərinə görə, psixoloqlar ilk səbəbin cütlüklərin yeni situasiyaya düşməsi ilə bağlı olduğunu qeyd edirlər.
Məsələ ondadır ki, adi gündəlik həyatda onların hər birinin ənənəvi həyat tərzi var. Məzuniyyətdə cütlüklərin həyat tərzinin bir-birindən kəskin fərqləndiyi üzə çıxa bilər. Bu da bəzən cütlüklərin bir-birinə uyğunlaşmasını çətinləşdirir. Mübahisədən yayınmaq üçün cütlüklər birgə məzuniyyətdə nə edəcəklərini öncədən planlaşdırmalıdır.
Cütlüklər arasında münaqişənin ikinci səbəbi məzuniyyətdən gözləntilərlə bağlı ola bilər. Məsələn, cütLükdən biri nəhayət, doyunca yatmağı, ikincisi isə əksinə, səhər tezdən durmağı, daha çox gəzmək istəyə bilər. Ona görə də kompromisə gəlmək lazımdır ki, hər kəs üçün komfortlu olsun. Buna görə də cütlüklər məzuniyyətdən əvvəl arzularını bölüşməlidirlər.
Nəhayət, mübahisənin üçüncü səbəbi ünsiyyətin həddən çox olması ola bilər. Çünki bəzən cütlüklər bir-birləri ilə çox vaxt keçirməyə vərdiş etməmiş olurlar. Əgər əvvəllər cütlüklərdən birinin zər hansı xüsusiyyətini, vərdişini digəri aydın görmürsə, məzuniyyət zamanı həmin xüsusiyyət xüsusi diqqət çəkə və qarşıdakını əsəbiləşdirə bilər. Psixoloqlar belə hallardan cütlüklərin bəzən ayrılıqda vaxt keçirməsini tövsiyə edir. Məsələn, cütlüklərdən biri səhər muzeyə, digəri bazara gedə bilər.