Amerikanın Yuta ştatının Santaquin şəhərinin sakini hamilə olduğunu ərinin maşının təkərləri altında ölməsindən az sonra bilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı Conatan Rodriges yamacda dayanmış yük maşınına daş yükləyirmiş. Bu zaman onun beş yaşlı oğlu avtomobilə minərək nasaz ötürmə düyməsini dartıb. Yük maşını yuvarlanaraq yoluna çıxan insanlara çırpılıb. Nəticədə kişi ölüb, anası 47 yaşlı Sonia Rodriges isə ağır yaralanıb. Qadın çoxlu əməliyyat keçirməli olub.
Conatanın ölümündən bir neçə saat sonra həyat yoldaşı Daisy Rodriguez səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılıb. Müayinədən sonra həkimlər onun hamilə olduğunu deyiblər.
Cütlüyün artıq oğulları olub: birinin üç, digərinin isə beş yaşı var.