Müharibənin davam etdiyi Kiyev şəhərində polislə jurnalist evlənib.
Lent.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, Kiyev şəhər Patrul Polis İdarəsinin rəisi Yuri Zozulya və jurnalist Ancelina Karyakina nikaha giriblər.
Cütlüyün nikah şahidləri Patrul Polis İdarəsinin rəisi polkovnik Yevgeni Jukov olub.
Müharibə şəraitində gül dükanları bağlı olduğu üçün, gəlin gül buketi olaraq evdə dibçəkdə bitən orxideya çiçəyini götürüb.
Şəhər sakinləri onlara yemək və şampan verərək tarixi günü belə qeyd ediblər.