Bill Qeytsin qızı İmam nikahı ilə ərə getdi -  FOTO
18 oktyabr 2021 10:40 (UTC +04:00)

Bill Qeytsin qızı İmam nikahı ilə ərə getdi - FOTO

27 illik evliliyinə son qoyan Bill Qeyts və Melinda Qeytsin qızı Cennifer Qeyts, misirli müsəlman Nayel Nassar ilə dini nikahdan sonra, rəsmi nikaha da girərək ailə qurub.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, "Microsoft"un qurucusu 1,5 ay əvvəl ABŞ-da boşanan Bill Qeyts və Melinda Qeytsin qızı 25 yaşlı Cennifer Qeyts ailə qurub.

Cütlük ailənin Nyu-Yorkdakı evinin bağçasında gizli bir mərasim keçirib və həyatlarını İslam üsulları ilə birləşdiriblər. Toyda cütlüyün ailəsi ilə birlikdə təxminən 300 adam iştirak edib.

Qeyd edək ki, Qeyts cütlüyü, boşandıqdan sonra ilk dəfə görüşüb.

 

 

# 12579
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar