Baydeni  cinsi təcavüzdə   ittiham edən keçmiş işçisi Moskvaya qaçdı
04 iyun 2023 10:00 (UTC +04:00)

Baydeni cinsi təcavüzdə ittiham edən keçmiş işçisi Moskvaya qaçdı

Onu cinsi qısnamada ittiham edən o vaxtkı senator Co Baydenin ofisinin keçmiş əməkdaşı Tara Rid Moskvaya qaçıb.
 
Lent.az bildirir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
 
O, artıq rusiyalı təbliğatçılarla birgə mətbuat konfransında danışıb.
 
2020-ci il prezidentlik yarışı zamanı Rid o vaxtkı namizəd Baydeni 1993-cü ildə Senatdakı ofisində işləyərkən ona qarşı cinsi təcavüz və hücumda ittiham etdi.


 
Bayden Ridin ittihamlarını qətiyyətlə rədd edib: “Bu, heç vaxt, heç vaxt olmayıb”...
 
Baydenin keçmiş ofisinin heç bir əməkdaşı Senatdakı ofisində hər hansı cinsi qısnamanın şahidi olduğunu və ya eşitdiyini bildirməyib.
 
Rid mayın 30-da Moskvada 2019-cu ildə ABŞ-da 18 ay müddətinə azadlıqdan məhrum edilmiş Kremlin kəşfiyyatçısı Mariya Butinanın yanında oturub. Butina hazırda Rusiya parlamentində prezident Vladimir Putinin partiyasından deputatdır.
 
Rid iddia edir ki, o, Baydenə qarşı iddialarını təkrarladıqdan və sosial mediada “istənilsə, Konqresə and içərək ifadə verməyə” hazır olduğunu elan etdikdən sonra bu il ölüm hədəsi aldıqdan sonra Moskvaya gəlməyi seçib. Bununla belə, CNN Ridin həyatı üçün təhdidlərlə bağlı iddialarını təsdiqləyə bilməyib.
 
Butina Ridə Rusiya vətəndaşlığının verilməsi imkanlarını müzakirə edəcəyini və Putindən "onun vətəndaşlıq istəyini mümkün qədər tez təmin etməyi" xahiş edəcəyinə söz verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3333
avatar

Oxşar yazılar