Keçmiş ABŞ prezidentliyinə namizəd və Xarici işlər naziri Hillari Klinton uzun müddət onun hüquqi işləri ilə məşğul olan Huma Abedin ABŞ-lı senator tərəfindən cinsi təcavüzə uğradığını deyib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, H.Abedin təcavüzün Hillari Klintonun senatorluğu dövründə (2001-2009) olduğunu desə də, həmin senatorun hansı partiyaya məxsus olduğunu və kimliyini bildirməyib.
O bildirib ki, restoranların birindən çıxarkən senatorlardan biri onu evinə dəvət edib. Evdə kofe təklif edən senator daha sonra Abedini zorla öpməyə başlayıb. Abedin onu itələdikdə isə üzr istəyərək, yanlış anlaşıldığını bildirib.
Uzun müddət bu barədə danışmayan Abedin buna bənzər hadisələrin olmaması üçün daha susmayacağını deyib.
Abedin Klintonla birlikdə iştirak etdiyi Donald Tramp və Melaniya Trampın toy mərasimindən də danışıb. Səudiyyə Ərəbistanında böyüyən Abedin Trampın toyu ilə bağlı "Sanki ərəb toyunda idim" deyib.