14 Fevralın restoran QİYMƏTLƏRİ: Sevgililəri elə rəqəmlər gözləyir...
07 fevral 2022 18:21 (UTC +04:00)

14 Fevralın restoran QİYMƏTLƏRİ: Sevgililəri elə rəqəmlər gözləyir...

 Sevgililər Gününə sayılı günlər qalıb. Artıq hədiyyə mağazalarında, gül salonlarında çaxnaşma hiss olunur. 

14 fevral – Sevgililər Günündə “qazananlar” sırasında restoran sahibləri də əsas yer tutur. Belə ki, həmin günə xüsusi olaraq restoranlar müştərilərinə fərqli menyular təqdim edir.

Qeyd edək ki, ölkənin əksər elit restoranlarında “Sevgililər günü”nün menyu və təklifləri təxminən eyni olsa da, qiymətlər fərqlidir.

Lent.azın araşdırmasından bəlli olub ki, özəl günü qeyd etmək üçün iki nəfərlik ən aşağı menyunun qiyməti 120 manat təşkil edir.

Araşdırmanın nəticələrini təqdim edirik.

“High Level Baku” restoranında 1 nəfər üçün səhnə arxası 200, səhnə önü masa isə 250 manat,

“Teleqüllə Baku” 2 nəfərlik 240-300 manat,

“13restaurant” 2 nəfərlik 250 manat,

“Basstone Baku” 2 nəfərlik 120 manat,

“Zeyd” 2 nəfərlik 180 manat,

“Venezia” adambaşı 50-80 manat,

“La terracce” 1 nəfər üçün qış terrasında 50, ümumi zalda 80 manat,

“Khachapuri Garden” 2 nəfərlik 150 manat,

“High boost” adambaşı 150 manat,

“Ada” adambaşı 120 manat,

“Neshve” adambaşı 30 manat,

“Kaddeh Baku” restoranında adambaşı 80, 100, 150 manat, 

“Art Garden” restoranında adambaşı 50, 80, 100 manat,

“BizBizə” restoranında adambaşı 60 manat, 

“East Town” restoranında adambaşı 50 manat, 

“Kahkaha İçərişəhər” restoranında Sevgililər Günü menyusu adambaşı 50 manat təşkil edir.

Bundan əlavə, Prive Steak Gallery, Montenapoleonecafe, Günaydın Baku  və Dafne restoranında həmin günə özəl depozitlər olmayacaq. 

Eyni zamanda, bütün restoranlardakı qiymətlərə menyu və şou proqram daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8541
avatar

Fidan İlqar

Oxşar yazılar