Ramiz Həsənoğlu Cahangir Novruzovu necə ağladıb - <span style="color:red;">Toyuğu kim yedi...
19 may 2019 12:36 (UTC +04:00)

Ramiz Həsənoğlu Cahangir Novruzovu necə ağladıb - Toyuğu kim yedi...

Ramilə Qurbanlının “Bizim filmlər” layihəsində “Ac həriflər” 

 

Adları teatr və kino tariximizə həkk olunmuş bir çox rejissorlarımızı tamaşaçı kütləsi üzdən tanımır. Bəlkə də çoxlarının adları da artıq yaddaşlardan silinib. Tamaşaçı çox zaman kadr arxasında qalanların əməyi ilə deyil, görünən, üzdə olan aktyorla və onun işi ilə maraqlanır.  Fərqinə çox az varırıq ki, aktyoru da, o işi də ərsəyə gətirən, yetişdirən rejissordur.

Bu baxımdan bütün rejissorları bir araya gətirib, onları yalnız işləri ilə deyil, simaları ilə də tarixə salan bir rejissor var.  Söhbət Ramiz Həsənoğlu və onun televiziya tarixinə yazdığı “Ac həriflər” teletamaşasından gedir.

Artıq 26 ildir ki, o tamaşa ekranlarda sevilərək baxılır və hər baxılanda yeniymiş kimi qarşılanır.

 

Rejissorların elmi işi

 

Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsəri istər oxucunun, istərsə də tamaşaçının yaddaşına onun dövlət televiziyasındakı tamaşa həlli ilə qalıb. Teletamaşanı bu janrda əvəzolunmaz rejissor Ramiz Həsənoğlu ərsəyə gətirib. Rejissor orta məktəbdə dram dərnəyində o tamaşada oynayandan əsərə vurulub. Sonralar, 90-cı illərin əvvəllərində İncəsənət Universitetində rejissorluqdan dərs deyirmiş. Rejissorluq kafedrası ildə bir dəfə elmi iş təhvil verməli imiş. Bu minvalla Ramiz Həsənoğlu təklif edir ki, birimiz rejissorluq etməklə “Ac həriflər”i tamaşaya qoyaq və qalanlarımız rolları bölüşək. Beləcə “Ac həriflər” tamaşası ilk dəfə radio tamaşa kimi Tofiq Tağızadənin rejissorluğu ilə ərsəyə gəlir. 2 il sonra “Sabah” yaradıcılıq studiyasında çalışan Ramiz Həsənoğlu həmin heyəti yığıb teletamaşa hazırlayır. “Sabah” yaradıcılıq ocağının bünövrəsi həmin tamaşa ilə qoyulur. 

 

Tofiq Tağızadənin yaddaşsızlığı Yaşar Nurinın kaprizi

 

 

Rollar rejissorlar arasında bölüşdürülüb. Yalnız Yaşar Nuridən başqa. Ramiz Həsənoğlu deyir ki, əslində Yaşar Nurini gənc rejissor kimi həmin tamaşaya dəvət edib: “Çünki Yaşar Nuri o vaxt Musiqili Komediya Teatrında rejissor kimi tamaşa hazırlamışdı. Məni ən çox incidən də Yaşar oldu, çünki o aktyordur, kaprizləri, şıltaqlıqları var. Rejissorlarda belə şeylər yoxdur. Yaşar istedadına arxalanıb məşqlərə hazırlıqlı gəlmirdi və nəticədə çox vaxt itirirdik.  Tofiq Tağızadə təcrübəsindən çıxış edib mənə məsləhətlər verirdi. Bəzilərini götürürdüm, bəzilərini isə mən belə görmürəm deyib vəziyyətdən çıxırdım. İstədiklərimi aldım. Televiziyada dubllarla istədiyin nəticəni ala bilirsən. Tofiq Tağızadənin yaddaşında problem vardı, sözlər yadında qalmırdı. Dublları montaj etməklə düzəltdik. Cahangir Novruzovu isə ağlatdım. O qədər müdaxilə edirdi, məsləhət verirdi ki, axırda dedim Cahangir sən burda aktyorsan rejissor nə deyir onu elə, bir də gördüm gözləri doldu. Bir də Cahangir toyuq yemək səhnəsində əziyyət çəkirdi. Uzun saqqal-bığ ona mane olurdu. “Toyuğun bir dərisi, bir gerisi” - deyib toyuğu parçalayıb ağzına aparırdı, dublu çəkirdik qoyurdu yerə.”

 

 

Toyuğu kim yedi...

 

 

Bu toyuğun məsələsi çəkiliş prosesi barədə danışanda ən çox müzakirə olunan məsələ oldu.

 

Yaşar Nuri: “Toyuğu Cahangir necə yedisə gözümüz qaldı arxasınca .”

 

Cahangir Novruzov: “Mən bu məsələdə çox məsumam. Fakt göz qabağındadır. Çəkilişdə onu parçalamışam və görünən dişləklər toyuqdan aldığım yeganə dişləklər olub. Qalanı kadr arxasına keçən kimi Yaşarın qurbanı olub.”

 

Ramiz Həsənoğlu: “ Toyuğun əsas hissələrini Cavanşir Quliyev yedi, qalanlarından hamıya pay düşüb, məndən başqa, çünki çəkiliş vaxtı mənim boğazımdan sudan qeyri heç nə keçmir”.

 

Cahangir Novruzov: “Rejissor deyirsə Cavanşir yeyib, yəqin elədir. Mən elə Cavanşirin çoxdanın toyuq aparanı olduğundan şübhələnmişdim. Halal xoşu olsun. Biz də ac qalmırdıq, hansısa restoran çəkilişə sponsorluq edirdi, fasilədə isti yeməklərimiz var idi“.

 

Tamaşada oynayanların  hamısı rejissor olduğundan təbii ki, öz müdaxilə, yaxud improvizələrini də etməmiş deyildilər. Rəhmətlik Hüseynağa Atakişiyevlə Cahangir Novruzovun səhnəsində onların Otellodan “Çıx yerin dibindən, qara intiqam ”- deyə sitat gətirmələri sırf improvizədir və rejissor da çox bəyənib.  Bu iki rejissor zaman-zaman aktyor kimi də tanınıblar. Elələri də var ki, ekranda yeganə bu tamaşa ilə qalıb.

 

Zərbəlinin qarşılıqlı şərti

 

 

      Bəstəkar Cavanşir Quliyev: “Rejissorları qrimdə görmək mənə çox gülməli gəlirdi. Dəfələrlə bu səbəbdən çəkiliş pozulurdu. Mən baxıb gülürdüm, rejissorları  da gülmək tuturdu. Ümumən çox gözəl, yaradıcı-səmimi mühit vardı. Ramizə daha bir-neçə elə iş arzu edirəm ki, bizi də başına yığsın”.

 

 Bəhram Osmanov- Zərbəli: “ Ramiz mənə o obrazı təklif edəndə dedi ki, heç kim bu rolu bəyənib oynamaq istəmir. Mən də həmin vaxt Çexovun “6-cı palata”sını əlimdə işləyib hazırlamışdım. Dedim bu şərtlə razı olaram ki, “Sabah” studiyasında o tamaşanı hazırlayım. Zərbəlini oynadım qurtarandan 10 gün sonra Ramiz dəvət elədi “6-cı palata”nın çəklişlərinə başladım.  Gənc rejissor idim, boynumu büküb korifeylərin oyunlarına və çıxartdıqları oyunlara baxırdım,  öyrənirdim.”

 

Oyun çıxaranlar

 

 

Çıxartdıqları oyunlar isə bəlkə də efirdə görünənlərdən də maraqlı olub.  

Film-tamaşada hadisələr Həsən dayının (Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Özü demişkən: Çörəyi yeyən qaçır...

Cahangir Novruzov-Dərviş,  Nazim Abbas-İbrahim bəy, Tofiq Tağızadə-Mirzə Mahmud, Bəhram Osmanov-Zərbəli, Hüseynağa Atakişiyev-Aktyor

Kərim Kərimov-Süleyman, Məmmədkamal Kazımov-Səlman, Arif Mədətov-Türk,  Ədalət Ziyadxanov-Mirzə, Vaqif Əsədov-Əhməd, Yusif Əkbərov-Rza, Anaxanım Abdullayeva-"Əcnəbi", Şamil Nəcəfzadə-İngiliscə danışan azəri, Arif Qasımov-Meyxana deyən, Ramiz Həsənoğlu özü (Ramiz Drazi kimi)-Ağıldankəm uşaq.  Hər biri orda rolda olan rejissorlardır.

 

Əsərin Müəllifi : Əbdürrəhim bəy Haqverdiyev

Ssenari Müəllifi : Ramiz Həsənoğlu, Şərif Qurbanəliyev

Quruluşçu Rejissor : Ramiz Həsənoğlu

Rejissor : Şərif Qurbanəliyev

Quruluşçu Operator : Eldar Məmmədov

Quruluşçu Rəssam : Rəfael Əsədov

Bəstəkar : Cavanşir Quliyev

Şerlərin Müəllifi : Ramiz Rövşəndir.

 

 

# 6511
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar

Sənubər İsgəndərova  və Ceyhun Mirzəyev "Fəryad" filmində

İsmayılın fəryadı, son hayqırtı, ikinci dəfə öldürülən Xocalı qurbanları – BİZİM FİLMLƏR

26 fevral 2021 , 10:40
Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

19 avqust 2020 , 10:15
Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

14 may 2020 , 12:13
Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

28 aprel 2020 , 11:36
Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

4 mart 2020 , 11:31
Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

5 fevral 2020 , 16:43
O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

24 dekabr 2019 , 10:00
Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

7 dekabr 2019 , 13:00