Ağakərim Səmədzadə
14 may 2026 11:51 (UTC +04:00)

Ağakərim Səmədzadə

Yeni nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir? - DOSYE

0

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

Lent.az Ağakərim Səmədzadənin qısa bioqrafiyasını təqdim edir.

Ağakərim Səmədzadə Bakı Dövlət Universitetində filologiya və hüquq ixtisasları üzrə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə təhsil alıb, Rusiya Federasiyasında hüquq üzrə magistr dərəcəsinə yiyələnib. 

Əmək fəaliyyətinə “Azəravtoyol” Dövlət Şirkətində başlayıb, daha sonra Ədliyyə Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərbaycan Biznesinin İnkişafı Fondu”nda rəhbər vəzifələr tutub.

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir sıra medallarla təltif olunub, “baş ədliyyə müşaviri” xüsusi rütbəsinə layiq görülüb.

Azərbaycan, ingilis, rus, türk dillərini bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar