Kamala Harris
12 avqust 2024 17:16 (UTC +04:00)

Kamala Harris

Kamala Harris kimdir? - Prezidentliyə namizəd yəhudi gəlini, Lotus və Mamala

Bu il noyabrın 5-də keçirilməsi planlaşdırılan prezident seçkilərində Kamala Harris Trampla rəqabətdə qalib gəlsə, o, 60 yaşında ABŞ-ın ilk qadın prezidenti olacaq.  

Lent.az “Bioqrafiya” rubrikasında ABŞ-da Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris barədə məlumat verir.

- Kamala Harris harada və nə zaman anadan olub?

Kamala Harris 20 oktyabr 1964-cü ildə Kaliforniyanın Oklend şəhərində anadan olub. Onun adı "lotus" kimi tərcümə olunur (Lotus göldə bitən bir çiçəyin adıdır).

-  Kamala Harris milliyətcə kimdir?

O, mühacir ailəsində anadan olub. Atası Yamaykadan, anası Hindistandandır. Valideynləri Kamalanın beş yaşı olanda boşanıblar.
Anası Şyamala Qopalan 19 yaşında olanda Hindistandan ABŞ-a gəlib. O, alim idi və döş xərçəngi üzrə ixtisaslaşmışdı. Kamalanın anadan olduğu il Şyamala Qopalan fəlsəfə doktoru dərəcəsini almışdır. Kamala Harrisin ana tərəfdən babası Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan yüksək vəzifəli bir dövlət məmuru idi və nənəsi kənd qadınlarını kontrasepsiya haqqında maarifləndirməkdə iştirak edirdi.
Kamalanın atası Donald Harris Yamaykadandır. O, iqtisadçıdır və Stenford Universitetinin iqtisadiyyat fakültəsinə təyin edilən ilk qaradərili akademik olub, daha sonra fəxri professor olub.
Qopalan və Harrisin evliliyi 1969-cu ildə pozuldu, 1972-ci ildə boşanmaq üçün ərizə verdilər. Boşanma ailənin tez-tez köçməsi ilə bağlı olub, çünki Donald Harris ölkənin şimalındakı müxtəlif ştatlarda universitetlərdə vəzifə alıb. Və Şyamala Kaliforniyada iki qızı ilə qalmağa qərar verib.

- Kamala Harris harada təhsil alıb?

Kamala təhsil almaq üçün Vaşinqtonda “qara Harvard” kimi tanınan Hovard Universitetini seçdi və 1986-cı ildə oradan siyasi elmlər və iqtisadiyyat üzrə təhsil aldı. Daha sonra o, Kaliforniyadakı Hastings Hüquq Kollecini bitirib. Hələ tələbə ikən Harris siyasi fəaliyyətlə məşğul olurdu.
Harris Hovardı "onu formalaşdıran yer" adlandırdı.

- Kamala Harrisin karyera yolu barədə hansı məlumat var?

2003-cü ildə Harris San-Fransisko dairəsinin vəkili seçilib. 2011-ci ildə Harris Kaliforniyanın baş prokuroru vəzifəsində çalışan ilk qadın və ilk afroamerikalı olub.
Ştatın baş prokuroru kimi o, eynicinsli nikahları dəstəkləyirdi. İşlədiyi illərdə Harris polisin insanları, o cümlədən silahsız insanları güllələməsi ilə məşğul olduğu üçün tənqid edilib. Təkcə San-Fransiskoda Harrisin ştatın baş prokuroru olduğu altı il ərzində polis 18 nəfəri öldürüb.

Prokuror vəzifəsində işləyərkən Harris dəfələrlə özünü “ən yaxşı polis” və “proqressiv prokuror” adlandırırdı. 2016-cı ildə Harris tarixdə ilk hind-amerikalı senator olub.

2019-cu ildə Harris ABŞ prezidentliyinə namizəd olub. O, kiçik Martin Lüter Kinq günündə prezidentliyə namizədliyini açıqlayıb, lakin vitse- prezident seçilib.

2020-ci ilin sonunda “Time” jurnalı Kamala Harrisi “ilin adamı” elan edib.
Vitse-prezident kimi Harris cənub sərhədində miqrasiya məsələləri, səsvermə hüquqlarının qorunması və abort hüquqlarının qorunması kimi məsələlərə nəzarət edirdi.
Ukrayna ilə bağlı vitse-prezident Harris Kiyevə və “ədalətli və davamlı sülhə” nail olmaq üçün qlobal səylərə tam dəstək verilməsini müdafiə edib.
 
 - Kamala Harris 2024-cü ildə prezident seçkilərində kimə rəqib oldu?

Əvvəlcə güman edilirdi ki, Bayden 2024-cü il prezident seçkilərində yenidən Demokratlar Partiyasından iştirak edəcək və Harris onunla birlikdə vitse-prezidentliyə namizəd olacaq. Bununla belə, iyulun 21-də Bayden partiyanın maraqlarını əsas gətirərək, namizədliyini geri götürdüyünü bəyan edib.
Bayden Kamala Harrisi prezidentlik yarışında varisi kimi göstərib. İlk həftəsində Harris seçki kampaniyası üçün 200 milyon dollar toplayıb,  bunun 66%-i yeni donorların ianələri idi.
Tramp əvvəllər seçkidə Harrisə qalib gəlməyin Baydendən daha asan olacağına əmin olduğunu bildirib. Lakin Baydenin prezidentlik yarışından çəkildiyi elan edildikdən cəmi bir həftə sonra, Harris anketlərdə Trampa demək olar ki, bərabər olub.

- Kamala Harris ailəlidir?

1994-cü ildən Harris özündən 30 yaş böyük olan Kaliforniya qanunverici orqanının spikeri Villi Braunla görüşürdü. 1995-ci ildə o, San-Fransisko şəhərinin meri olub. Elə həmin il Harris və Braun ayrılıbdılar.
2014-cü ildə Harris vəkil Duqlas Emhoffla evlənib. Kamala Harrisin nikahını öz bacısı Maya bağlayıb.
Harris vitse-prezident vəzifəsini alanda Emhoff ABŞ tarixində ilk “ikinci centlmen” (“ikinci xanım”ın analoqu, vitse-prezidentin həyat yoldaşı) və Birləşmiş Ştatların rəhbərinin ilk yəhudi həyat yoldaşı oldu. Harrisin yeni vəzifəsinə görə Emhoff DLA Piper hüquq firmasındakı işini tərk edib ə Corctaun Universitetində professor kimi fəaliyyət göstərib.

- Kamala Harrisin övladları var?

 Kamala Harrisin övladı yoxdur. Emhoffun ilk evliliyindən Ella və Cole adlı iki övladı var. Ögey uşaqları onu "Mamala" adlandırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar