KXCP-nin II qurultayı başlayıb
APA-nın məlumatına görə, qurultayda say və mandat komissiyaları, sədarət və katiblik seçilib. İclasa sədrlik edən Mirmahmud Mirəlioğlu deyib ki, qurultaya nümayəndə seçilən 323 nəfərdən 240 nəfər tədbirə qatılıb. Qurultaya göndərilən təbrikləri diqqətə çatdırdıqdan sonra AXCP-nin birinci sədri Əbülfəz Elçibəyin 24 iyun - doğum günü münasibətilə mərhum partiya rəhbərinin doğulduğu Ordubad rayonu Kələki kəndində keçirilən “Türklük günü” bayramının iştirakçıları ilə telefon bağlantısı həyata keçirilib. Sonra qurultayda iştirak edən qonaqlar - İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn, AXCP sədrinin müavini Nurəddin Məmmədli, vəkil Qurban Məmmədov, politoloq Mübariz Əhmədoğlu, AMİP-in baş katibi Arzuxan Əlizadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və digərləri bu tədbir və partiyanın fəaliyyəti ilə bağlı öz fikirlərini bildiriblər.
Politoloq Mübariz Əhmədoğlunun müxalifətin fəaliyyəti, bəzi müxalifət partiyalarının yürütdüyü siyasi xətti tənqidə yönələn fikirləri, o cümlədən Heydər Əliyev və Əbülfəz Elçibəy eyniləşdirmək istiqamətində dediyi fikirlər isə qurultay iştirakçıları arasında narazılıqla qarşılanıb. M. Əhmədoğlunun çıxışı “Elçibəy” şüarları ilə müşayiət olunub.
Sonra qurultayın gündəliyi elan olunub və bildirilib ki, gündəlikdə partiyanın rəhbər şəxslərinin hesabatı, Ali Məclisin tərkibinin müəyyənləşməsi və təsdiqi, o cümlədən ölkədəki ictimai-siyasi məsələlərə münasibət öz əksini tapıb. İclas fasilədən sonra davam etdiriləcək.

Oxşar yazılar

Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33
Prezidentdən Heydər Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
10 may 2025 , 00:23
İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25
Ermənistan Azərbaycanla müharibə etməyəcək - PAŞİNYAN
9 may 2025 , 11:55Pakistan səfiri: Hindistana qəti şəkildə cavab vermək hüququnu özümüzdə saxlayırıq - MÜSAHİBƏ - VİDEO
8 may 2025 , 22:43