238
15:45
13 May 2009

Əliyevlə Ərdoğanın təkbətək görüşü olub

Mayın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Prezidentin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırki vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.