Koronaviruslu xəstə ilə təmasda olanlar - Mütləq bunları etməlisiniz
02 dekabr 2020 13:53 (UTC +04:00)

Koronaviruslu xəstə ilə təmasda olanlar - Mütləq bunları etməlisiniz

Koronavirus diaqnozu qoyulmuş insanlarla təmasda olanlar diqqətli olmalı, bu barədə həkimlərinə bildirməli, özlərini karantində tutaraq əlamətləri təqib etməlidirlər.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəlik aşkarlananlarla təmasda olanlar yoluxdurma riskinə qarşı daha da diqqətli olmalıdırlar.

Türkiyəli mütəxəssis Seniha Şanbayraq bu cür insanların necə hərəkət etməli olduqlarını açıqlayıb: "Koronavirusa yoluxan biri ilə hansı formada təmasda olduğumuz çox vacibdir. Əgər maska geyinmədən birbaşa təmasda olmuşuqsa, yoluxma riskimiz daha da yüksək olur. Xəstə ilə birbaşa təmasda olan evdə özünü ayrı bir otaqda karantində tutmalıdır. Ailə üzvləri ilə təmasda olanda mütləq maska geyinməlidir.

Temperatur, halsızlıq kimi əlamətləri ən azı 14 gün təqib etməlidir. Koronaviruslu xəstə ilə ən son təmasdan 7 gün sonra test verməyi tövsiyə edirik. Çünki virusun yoluxub yoluxmadığını öyrənmək üçün 5-7 gün vaxt keçməlidir. Təmasda olan insanın heç bir şikayəti olmasa da, daşıyıcı ola və başqalarını yoluxdura bilər".

Həkim bildirib ki, açıq havada məsafə və maska qaydalarına əməl olunduğu halda, koronavirus xəstəsi ilə təmas yoluxma riskini azaldır: "Belə insanların test etdirməsinə gərək olmasa da, onlar da bir müddət özlərində olan əlamətləri təqib etməli və evdəkilərlə məsafə saxlamalıdır".

# 2359
avatar

Aygün İbrahimli

Oxşar yazılar