
Sülhməramlı kontingentin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir - FOTO - VİDEO
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə. noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.
Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.
Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.
Qeyd edək ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir.

Oxşar yazılar

20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08
Şuşa Türk dünyasının mədəni paytaxtı elan edilə bilər
19 yanvar 2021 , 16:44
Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürülür
19 yanvar 2021 , 15:01
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edildi
19 yanvar 2021 , 14:11
Qarabağ Dirçəliş Fondu ilə bağlı yeni FƏRMAN
19 yanvar 2021 , 12:12
Vətən müharibəsində şəhid olanların yeni SİYAHISI
18 yanvar 2021 , 17:33
Prezidentdən insanların əlindən torpaq alanlara XƏBƏRDARLIQ
18 yanvar 2021 , 16:26