
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb - YENİLƏNİB
Bakıda təsərrüfat sahəsindəki su hovuzuna su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
saat 17:49
Bakıda 2 azyaşlının su hovuzuna düşdüyü bildirilir.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfər azyaşlının su hovuzuna düşməsi barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.

Oxşar yazılar

Bakının əsas prospektində qəza: tıxac yarandı
19 yanvar 2021 , 19:10
"Lotu Quli"nin məzarı üstündə atışma: ölən var
19 yanvar 2021 , 18:35
Məşhur rektor vəfat etdi
19 yanvar 2021 , 16:48
Bakıda maşının vurduğu qadın öldü
19 yanvar 2021 , 12:18
Əmisini öldürüb evini yandıran sabiq polis hakim qarşısına çıxarılır
19 yanvar 2021 , 11:36
Polietilen torbalarla bağlı daha bir XƏBƏRDARLIQ - əks halda...
19 yanvar 2021 , 11:22
İnternetdə 168 kiloluq narkotik alveri - Xüsusi ƏMƏLİYYAT
19 yanvar 2021 , 10:56
Yol Polisindən sürücülərə müraciət
19 yanvar 2021 , 10:41