
Şəkidə koronavirusa qarşı mübarizə tədbirləri gücləndirildi - FOTO
“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli qərarına əsasən, oktyabrın 14-dən respublikanın bəzi yaşayış məntəqələrinə, o cümlədən Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.
Lent.az xəbər verir ki, bununla əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu Şəki rayonunda Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.
Əhali arasında maarifləndirmə və nəzarət işlərinin aparılması üçün rayon üzrə 49 mobil qrup yaradılıb. İcra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət bu qruplar xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət obyektlərində mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirmə işləri aparır.
Noyabrın 27-də keçirilən növbəti maarifləndirici aksiya zamanı könüllülər icra hakimiyyəti tərəfindən hazırlanan və üzərində “Virusdan qorunmaq əlimizdədir”, “Koronavirusdan qorunmaq qaydaları”, “Məsafə saxlayın” və digər təbliğat-təşviqat şüarları yazılmış reklam plakatlarını əhalinin sıx toplaşdığı məkanların, ticarət obyektlərinin, apteklərin, bankomatların, ödəmə terminallarının qarşısına yapışdırıblar.

Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16